Suallar və cavablar
-
Qaydaya görə, icma əsaslı təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər.
-
İcma sinifləri müvafiq olaraq müəyyən olunmuş rayonların kənd məktəblərində fəaliyyət göstərir. İcma siniflərinə 3-4 yaşlı uşaqlar qəbul olunurlar. Uşağı icma siniflərinə qəbul etməklə bağlı yerli təhsil şöbəsinə və müvafiq olaraq rayon koordinatoruna müraciət etmək lazımdır.
-
İcma sinfinin olub-olmaması ilə bağlı yerli təhsil şöbəsinə və rayon üzrə müvafiq koordinatora müraciət etmək lazımdır.
-
İcma siniflərinə müəllimlərin seçimi 2 mərhələ üzrə aparılır: müsabiqə və müsahibə. İcma siniflərinə müəllimlərin seçim mərhələləri hər ilin iyul-avqust ayları ərəfələrində keçirilir. Bununla bağlı elanlar məktəblərdə, rayon mərkəzlərində yerləşdirilir. Əlavə məlumat üçün yerli təhsil şöbəsi və rayon üzrə koordinator mütəmadi olaraq məlumatlandırılır.
-
İcma siniflərinə 3-4 yaşlı uşaqlar yazıla bilər.
-
İcmalarda açılmış siniflər müvafiq avadanlıqlarla təmin olunur. Bura şkaflar, xüsusi rəngli stol və stullar, oyuncaqlar, müvafiq tədris resusrsları və proqramlar aiddir.
-
Dərslər həftədə 4 dəfə 2 saat olmaqla aparılır. Dərslər müəllimin vaxtlarına uyğunlaşdırılaraq günün birinci və ikinci yarısı ola bilər.
-
Uşaqlar İş dəftəri işləyir. İş dəftəri tələbinə uyğun olaraq sinifdə müəllimlə başlayan iş evdə davam etdirilir.
-
Tədqiqatlar göstərir ki, insanın daha aşağı yaş qrupunda, yəni 5-6, hətta 3-4 yaşından öyrənməyə başlaması, təhsilin keyfiyyətinin artırılmasında, insanın dünyagörüşünün və intellektinin inkişafında mühüm əhəmiyyətə malikdir.
-
Oyuncaqlarını başqa uşaqlarla paylaşırlar.
-
Müəllimlərin köməyi ilə bacardıqları qeyd edilir.
-
Uşaqları danışdırmaq lazımdır.