Uşaqlar üçün empatiya hissi nə deməkdir və onu necə yaratmaq olar?

Text Page

Empatiya nədir?                                                                                                 

  • Başqasının fərqli olduğunu bilmək.
  • Başqasının fərqli düşünə və hiss edə biləcəyini anlamaq.
  • Xoşbəxtlik, qəzəb, məyusluq, kədər kimi duyğuların fərqində olmaq.
  • Bir insanın bir hadisə ilə qarşılaşdığında hansı hissləri yaşadığı barədə düşünə bilmək.

Empatiya niyə vacibdir?

Empatiya qurabilən insanlar başqalarına nisbətən daha yaxşı sosial münasibətlər, akademik performans və iş mühitində müvəffəqiyyət qazanır.

Güclü empatiya hissi, uşaqların başqalarına zərər verməməyə və özləri haqqında qərar qəbulu prosesində başqaları tərəfindən təsdiqlənməyi gözləməməyə gətirib çıxardır. 

Emosional zəka (EQ) - insanın öz duyğularını və başqalarının duyğularını anlamaq və idarə etmək qabiliyyəti olaraq adlandırılır.Həyatda uğur qazanmaq üçün İQ-dən daha vacib hesab olunur.

Necə inkişaf edir?

Empatiyanın əsası həyatın ilk illərində qoyulur. Ananın uşağına şəfqətli və məhəbbətlə baxması, uşağın ətrafına qayğı göstərməsini təmin edir. Körpəsi haqqında düşünən və ehtiyaclarını qarşılayan ana, yalnız mənəvi deyil, həm də zehni olaraq inkişaf etdirməyə imkan verir. "Sağ beyin" adlanan beyin bölgəmiz empatiya üçün cavabdehdir. Körpənin həyatının ilk ili sağ beynin inkişafı üçün kritik dövrdür. İlk ilində dəyərli olduqlarını və analarının onu hər zaman sevəcəyini və qoruyacağını hiss edən körpələr bu sevgini və dəyərini ətrafındakılara göstərirlər. Bununla da vicdan, mərhəmət və şəfqət hisslərinin əsası qoyulur.

Valideynlər uşaqların empatiya mövzusunda ilk və ən yaxşı müəllimləridir. 

Valideyn olaraq siz necə kömək edə bilərsiniz?

Uşağınızın empatiya bacarıqlarını inkişaf etdirməsinin bir neçə yolu var:

1. Uşağınızla münasibət qurun.

2. Başqalarının nə hiss etdiyini söyləyin. "Bacın oyuncağını əlindən aldığına görə qəzəbləndi. Xahiş edirəm onu indi ona ver və sənin üçün başqa birini seçək. "

3. Duyğuların fərqliliyini  inkişaf etdirin. Ona fərqli duyğuları izah edən hekayələr göstərin, hekayələr oxuyun.

4. Öz münasibətlərinizdə ətrafınızdakılarla münasibət quraraq nümunə göstərin.

5. Özünü tanımağa kömək edin. Məsələn, güzgüdə özü ilə tanış edin.

6. Rollu oyunlar: Gənc uşaqlar rollu oyunlar vasitəsilə empatiyanı öyrənə bilərlər. Cizgi filmlərini seyr edərkən, kitab oxuyarkən və ya uşağınızla şəkillərə və ya fotoşəkillərə baxarkən, personajların nə hiss etdiyini və fərqli baxışların olacağını danışın. 


Müəllif: Gülnar Məmmədrza

Foto qalereya