Nəyə görə yuxu rejimi uşaqlar üçün vacibdir?

Text Page

Hər gözəl gün rahat bir gecə yuxusundan sonra başlayır. Balacalarımızı müntəzəm yuxuya alışdırmaq üçün bir yuxu rejimi qurmalıyıq. Araşdırmalar göstərir ki, rejiminin olması uşaqlara daha uzun müddət yatmağa kömək edir. Rejim bir məcburiyyət kimi qəbul edilməməlidir və uşaqlar üçün darıxdırıcı olmamalıdır. Yatmağa hazırlaşmaq kimi sadə bir işi bizi bir-birimizə yaxınlaşdıran maraqlı və əyləncəli bir rejimə çevirmək mümkündür. Bizim şəxsi baxımımız sağlam və yaxşı bir yuxu rejimini formalaşdırmaq üçün çox vacibdir. Valideyn olaraq tez-tez özümüzə qayğı göstərməyi, bir-birimizlə mehriban davranmağı, habelə şəxsi vaxtımıza hörmət etməyi unuduruq. Uşaq bizdən, ətrafda mühitdən öyrənir və gördüklərini gündəlik həyatda tətbiq edir. Buna görə də övladlarımıza göstərdiyimiz nümunə çox vacibdir. Onlarda sağlam vərdişlərin formalaşması üçün biz yaxşı nümunə olmalıyıq.

Vaxtında yuxuya getməyin yolları

Yatmağa hazırlaşmağın stress və narahatlığını azaltmağın yollarından biri bu rituala daha erkən başlamağınızdır. Uşağın bütün enerjisini sərf etməsi çox vacibdir, buna görə də onunla birlikdə oynamaq, musiqi ilə rəqs etmək və ya idman hərəkətləri etmək lazımdır. Bunları etməklə siz işinizi asanlaşdırmış olursunuz.

Birlikdə həll yolu tapmaq daha asan və əyləncəlidir

Dişləri fırçalamaq, gecəlik geyinmək ən əyləncəli hissə deyil, amma ola bilər. Uşağın bu rejimə bir iş və ya bir əmr kimi baxması əvəzinə, onu əyləncəli bir fəaliyyətə, oyuna çevirək. Uşaqları fəal şəkildi bütün prosesə cəlb edək. Diş fırçası, diş pastası, gecə paltarının seçimindən tutmuş dişlərini fırçalayarkən dinləyəcəkləri musiqi seçiminə qədər. Yataq rejimindən zövq alacaqsınız və uşaqlar bunu bir iş kimi deyil, əyləncə kimi görəcəklər. Uşaq yatmağa hazır olandan sonra qucaqlaşmaq vaxtıdır. Onu qucaqlayıb üstünü örtün, gündəlik etdikləri haqqında söhbət edin. Bu andan onu nə qədər sevdiyinizi göstərmək üçün istifadə edin. Həmişə onun yanında olacağınızı hiss etdirin. Bu zamanı uşağınıza qulaq asmaq, onu dəstəkləmək və sizinlə danışmağa həvəsləndirmək üçün bir fürsət kimi düşünün və dəyərləndirin. Bunu etməklə siz uşaqla əlaqənizi gücləndirəcəksiniz və uşağınız özünü təzyiq altında hiss etmədən sizinlə səmimi söhbət edəcək. Uşağınız rahatlayacaq və özünə inamı artacaq. Kitab oxumaq da sizi rahatlada bilər. Bundan əlavə kitab oxumaqla uşağınızın təxəyyülünü inkişaf etdirə, ona yeni nələrsə öyrədə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, hamıya uyğun olan sehrli formula yoxdur. Buna görə uşağınızda hamıya uyğun vərdişlər formalaşdırmamalısınız.