Uşaqlarda özünü tənzimləmə nədir?

Text Page

Özünü tənzimləmə nədir?

Özünü tənzimləmə ətrafda baş verənlərə qarşı öz davranışınızı və reaksiyanızı anlamaq, onu idarə etməkdir. 

Bura daxildir:

  • məyusluq və ya həyəcan kimi emosiyalara verilən reaksiyanı tənzimləmək
  • həyəcan verici və ya üzücü hadisədən sonra sakitləşmək
  • hədəfə yönəlmək
  • diqqəti yeni hədəfə yönəltmək
  • impulslara nəzarət
  • digər insanlarla anlaşmağa kömək edəcək davranışlar öyrənmək

Özünü tənzimləmə nəyə görə vacibdir?

Uşağınız böyüdükcə özünü tənzimləmə ona bu sahələrdə kömək edəcək:

Məktəbdə öyrənməyə - çünki, özünü tənzimləmə uşağınıza sinifdə oturmaq və qulaq asmağa imkanı verir

Sosial olaraq qəbul olunmuş qaydalar çərçivəsində davranmağa - çünki, özünü tənzimləmə uşağınıza impulsları idarə etmək imkanı verir

Dost qazanmağa - çünki, özünü tənzimləmə uşağınıza oyun zamanı növbələşməyə, oyuncaqları paylaşmağa və emosiyalarını düzgün idarə etməyinə imkan yaradır

Daha müstəqil olmağa - çünki, özünü tənzimləmə uşağınıza davranışı ilə bağlı düzgün qərarlar qəbul etmək və yeni qarşılaşdığı vəziyyətlərdə sizin köməyiniz olmadan necə davranmağı bilməyə kömək edir

Stressi idarə etməyə - çünki, özünü tənzimləmə uşağınıza güclü hisslərin öhdəsindən gələ biləcəyini öyrədir və hirsləndikdən sonra özünü sakitləşdirmə bacarığını verir. 

Özünü tənzimləmə necə və nə vaxt inkişaf edir?

Uşaqlar özünü tənzimləməyi isti və qarşılıqlı münasibətlər sayəsində öyrənir. Onlar bunu həmçinin ətrafındakı böyükləri müşahidə edərək öyrənirlər. Özünü tənzimləmə körpəlikdən başlayır. Bu, körpəlik və məktəbəqədər dövrdə daha çox inkişaf etsə də, yetkinlik yaşında da davam edir. Məsələn, körpələr rahatlamaq üçün barmaqlarını əmə bilər, yorulduqda və ya diqqətdən kənar qalmaq istədikdə anadan (və ya əsas baxıcısından) gözlərini qaçıra bilər. Kiçik yaşlı uşaqlar qida və oyuncaqlar üçün qısa vaxt gözləyə bilərlər. Lakin, çox istədikləri bir əşya, oyuncaq və s. olarsa digər uşaqların əlindən bunu ala bilər. Uşaqlar güclü emosiyaların tənzimlənməyə çalışarkən isə özündən çıxma halları (tantrum) baş verir. Məktəbəqədər yaşlı uşaqlar digər uşaqlar ilə necə oynamağı və onlardan nə gözləndiyini anlamağa başlayırlar. Məsələn, məktəbəqədər yaşlı uşaqla film izləyərkən o sizinlə yumşaq səslə danışmağa cəhd edə bilər. Məktəb yaşlı uşaqlarda öz istək və ehtiyaclarını idarə etmək, başqalarının düşüncələrini təsəvvür etmək və vəziyyətin hər iki tərəfini görmək bacarığı yaxşılaşır. Məsələn, mübahisə etmədən digər uşaqların fikirləri ilə razı olmadıqlarını bildirə bilərlər.

Uşağınıza özünü tənzimləməyi öyrənməkdə kömək edin

Övladınızın özünü tənzimləməyi öyrənməsinə kömək etməyin ən yaxşı yolu ehtiyac duyduğu zaman ona dəstək verməkdir. Bunun bir neçə yolu var:

  • Uşağınızla emosiyaları haqqında danışın. Məsələn, 'oyuncağı tulladın çünki onun işləmədiyinə görüb hirsləndin? Başqa nə edə bilərdin? '
  • Övladınız güclü emosiyalarla mübarizə apardıqda, həmən emosiyanı adlandırmğa və buna nəyin səbəb olduğunu deməyə təşviq edin. Bunun daha asan olması üçün emosiyaların keçməsini gözləyin.
  • Uşağınıza güclü emosiyalara reaksiya vermək üçün uyğun yollar tapmaqda kömək edin. Məsələn, uşağınıza özünü çox yorğun və bitkin hiss edərkən fasilə verməyi və ya böyüklərdən kömək almağı öyrədin. "Rahatla" və "İstəsən sənə kömək edə bilərəm" kimi ifadələrdən istifadə edin.
  • Səbirli olmağı unutmayın. Güclü emosiyaların, duyğuların öhdəsindən gəlmək uşaqlar üçün çox çətin ola bilər.

Övladınıza özünütənzimləmə işində kömək edə biləcəyiniz bəzi davranış strategiyaları da mövcuddur:

  • Uşağınızın davranışlarını poza biləcək çətin vəziyyətləri öncədən planlaşdırın. Məsələn, 'Gedəcəyimiz mağazada sına biləcək çox əşya var. Baxmaq olar, amma xahiş edirəm toxunmayasan. Mağazaya girərkən uşağınıza bir öyüd verin. Məsələn, 'Yadda saxla - sadəcə baxırıq, yaxşı?'
  • Özünüzü tənzimlədiyini və çətin bir vəziyyəti özünü idarə etdiyi zaman uşağınız bu hərəkətini alqışlayın. Məsələn, 'Afərin, sən növbəni gözləməyi bacardın' və ya 'dostun səndən istədiyi zaman oyuncağı onunla paylaşmağın xoşuma gəldi.
  • Övladınız üçün yaxşı nümunə olun. Məsələn, uşağınıza əsəbləşmədən çətin bir işi necə edə biləcəyinizi göstərin. 'Bu çox çətin idi, amma qəzəblənmədiyim üçün sevinirəm '.

Özünü tənzimləmə ilə bağlı problemlər

Zaman zaman fərqli şeylər uşağınızın özünütənzimləmə qabiliyyətinə təsir göstərə bilər. Məsələn, yorğunluq, xəstəlik və uşağınızın gündəlik həyatındakı dəyişikliklər onun reaksiyalarını və davranışlarını tənzimləmək qabiliyyətinə təsir göstərə bilər. Bundan əlavə, bəzi uşaqlar bağçada və ya məktəbdə bunu yaxşı bacarsa da evdə olduqları zaman çətinlik çəkirlər. Bəzi uşaqlar isə ticarət mərkəzləri kimi sıx, səs-küylü yerlərdə çətinlik çəkirlər.


MƏNBƏ: Raising Children Australia

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ :SOVQAT ƏZİMOVA