Keyfiyyətli uşaq qayğısı sağlam beyinə yol açır

Text Page

Keyfiyyətli uşaq qayğısı və Sağlam Beyin

Körpələr doğulduğu andan etibarən öyrənməyə başlayırlar. İlk bir neçə il (dəqiq desək 0 ilə 5) uşaqların formalaşdığı və beyinlərinin sürətlə inkişaf etdiyi bir dövrdür. Bu o deməkdir ki, uşağın həyatının ilk beş-səkkiz ilində öyrəndiyi hər şey onun gələcək bilik və bacarıqlara yiyələnməsində təməl rolunu oynayacaq. Buna görə keyfiyyətli uşaq qayğı sistemi çox vacibdir (bağça, uşaq qayğı mərkəzi, evdə təhsil və s.). Valideynlərindən, bacı-qardaşlarından və digər ailə üzvlərindən başqa uşaq baxıcıları (bağça müəllimi və s.) da gənc bir zehinin formalaşmasında mühüm rol oynayırlar. Hər bir valideyn kimi siz də uşağınızın qayğısının yüksək səviyyədə olmasını istəyirsiniz, çünki bu, uşağınızın beyninin inkişafına və bir fərd kimi şəxisiyyətinin formalaşmasına bilavasitə təsir edəcək.

Keyfiyyətli uşaq qayğı sistemi ilə uşaq inkişafı arasındakı əlaqə

Uşağın beyninin inkişafı ilə (sonralar isə uğurlu şagird olmaq) uşaqların aldıqları keyfiyyətli erkən qayğı arasında əlaqə yaratmağı hədəfləyən çoxsaylı tədqiqatlar olmuşdur. Bütün nəticələr onu göstərir ki, yüksək keyfiyyətli uşaq qayğı sistemindən yararlanan uşaqların sosial və idrak bacarıqları daha çox inkişaf etmiş olur. Tədqiqatçılar həmçinin göstərir ki, uşaqların fərdi ehtiyaclarının və tələblərinin təcrübəli baxıcılar tərəfindən qarşılandığı müsbət, səmimi bir mühitdə işləməsi beyin fəaliyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərərək, onların ən yaxşı tərəflərini üzə çıxartmağa, qayğıkeş və xeyirxah insanlar kimi böyümələrinə xidmət edir. Bundan əlavə, uşaqlar, onların dil, əqli, fiziki və sosial inkişafını təşviq edən fəaliyyətlə məşğul olarkən özlərini təhlükəsiz və qayğı ilə zəngin mühitdə hiss etdikləri zaman sosial cəhətdən çox inkişaf edirlər. Bu, gələcəkdə onların başqaları qarşılıqlı münasibətlərinə müsbət təsir edir.

Image Credit: https://novakdjokovicfoundation.org/

Erkən təhsilin uşaqlar üçün uzunmüddətli faydaları

Kiçik uşaqları olan ailələrə və xüsusilə işləyən valideynlərə əhəmiyyətli dərəcədə dəstək verməkdən  başqa, keyfiyyətli uşaq qayğısının uşaqların özü üçün də bir çox müsbət faydaları vardır. Yüksək keyfiyyətli uşaq baxımından bəhrələnən uşaqlar məktəbdə daha yaxşı nəticələr göstərir və ali təhsilə getmək imkanları daha yüksəkdir. Erkən uşaqlıq dövrü təcrübələri uşaqların sağlamlığını və inkişafını formalaşdırır və ən əsası uzun müddətli uğurları müəyyən edir. Övladlarınızı keyfiyyətli uşaq qayğısı ilə təmin etmək, həyat boyu öyrənmələrinə təkan vermək üçün atacağınız ilk addımdır.

Image Credit: https://novakdjokovicfoundation.org/

 

Erkən təhsilin növləri

Yaşadığınız ölkədən asılı olaraq, uşağınızın faydalana biləcəyi fərqli qayğı sistemləri mövcuddur. Məsələn, Avstraliyada dörd müxtəlif qayğı növü mövcuddur - evdə, mərkəzdə, ailədə gündüz qayğısı və məktəb vaxtından kənarda göstərilən qayğı. Uşaq baxımı ümumiyyətlə kiçik uşaqlar üçündür, lakin buna baxmayaraq ibtidai məktəb yaşlarında olan uşaqlar üçün uşaq baxımı xidmətləri də tapmaq mümkündür. ABŞ-da, 3-5 yaşındakı uşaqların demək olar ki, üçdə ikisi uşaq qayğı sistemindən faydalana bilirlər. Uşaq baxımının dəyəri ölkədən ölkəyə dəyişsə də, işləyən valideynlərin sayı artdığına görə daha da populyarlaşır. Bundan başqa, Honq Konq kimi sıx məskunlaşmış şəhərlərdə valideynlər uşaqlarının oyunlar vasitəsilə öyrənmələrini təmin edə bilmək üçün oyun əsaslı proqramlara meyillidirlər.


MƏNBƏ: NovaK Djokovic Foundation

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA