Məktəbəqədər yaşlıların yaradıcı oyuna olan həvəsini artırmaq

Text Page

Məktəbəqədər yaşlı uşağın yaradıcı olması üçün zaman, materiallar və məkan çox önəmlidir. Onlar yaradıcı oyunların kortəbii olmasını sevirlər. Bəzən uşağınız sizin onun yaradıcılıq fəaliyyətində iştirak etməyinizi də istəyə bilər. Fəal iştirak etməklə övladınızın bacarıqlarını və qavramasını inkişaf etdirə bilərsiniz. Uşağınıza bir şeyi etməyin bir neçə yolu olduğunu göstərmək faydalıdır. Məsələn, bir insan fiquru çəkməyin, qumdan bir qala düzəltməyin və ya nağara çalmağın birdən çox yolu var. Bu, uşaqlara öz ideyalarını inkişaf etdirə biləcəklərinə dair bir işarədir. Övladınıza yeni və ya bahalı oyun materialları vermək vacib deyil. Evdə hazırlanmış, təkrar emal olunmuş və təbii materiallar, oyun və təxəyyülü stimullaşdırmağın aşağı büdcəli yoludur. Uşağınızın hansı sənət əsərləri ilə qarşınıza çıxmasına baxmayaraq, onun əl işini izahlı olaraq tərifləyin. Məsələn, 'Mən sənin çəkdiyin rəsmi çox bəyəndim. Həqiqətən rəngləri necə birləşdirməyi yaxşı bilirsən. Bu özünə inamı artırır və uşağı yaradıcı olmağa sövq edir.

Yaradıcılıq fəaliyyəti: incəsənət və əl işləri

Gündəlik və təkrar emal olunan əşyalar uşağınızın yaradıcılığının inkişafına təkan verə bilər. Misal üçün:

· Uşağınıza ev, robot, yük maşını və ya heyvan düzəltmək üçün boş bir karton qutu verin - uşağınıza nə maraqlandırırsa onu etsin. O, qutunu rəngləyə və ya müxtəlif materiallarla bəzəyə bilər.

· İnsan fiqurları düzəltmək üçün tükənmiş mətbəx və ya tualet rulonu kartonlarından və ya kiçik plastik su şüşələrindən istifadə edin. Üz çəkin, üzərinə kağızdan kəsilmiş paltarlar yapışdırın, saç əvəzinə isə pambıq və ya yun istifadə edin. Uşağınız bu yeni oyuncaqlardan hekayələr qurmaq üçün istifadə edə bilər.

· Təbii materiallardan əl işi düzəltmək üçün təbiət gəzintisinə çıxın. Məsələn, payızda yerə düşmüş yarpaqları çəkmək, kağıza yapışdırmaq və ya boyaya batırmaq üçün toplaya bilərsiniz.

· Kiçik plastik qapaqlardan və digər 'ipliklərdən' zinət əşyaları hazırlamaq üçün istifadə edə bilərsiniz.

· Uşağınızın istədiyi vaxt nə isə hazırlaya bilməsi istifadə edə biləcəyi bağlama kağızı, kağız qırıntıları, təkrar emal olunmuş materiallar və s. ilə dolu bir qutu saxlaya bilərsiniz.

Yaradıcı fəaliyyət: dram (sujetli-rollu oyun)

Məktəbəqədər uşaqlar sujetli-rollu oyunu sevirlər. Başlamaq üçün bəzi ideyalar:

· Köhnə paltarları atmaq əvəzinə, bir paltar qutusu və ya çantasına yığın. Həmçinin ucuz və qeyri-adi geyimləri ikinci əl mağazalardan da tapa bilərsiniz.

· Səhnəcik hazırlamaq üçün kuklalardan istifadə edin. Sadə kuklalar hazırlamaq çox asandır. Kukla teatrı yaratmaq üçün isə karton bir qutudan istifadə edə bilərsiniz.

· Gündəlik həyatda baş verən hadisələri mahnı və hərəkətdən istifadə edərək oynaya bilərsiniz. Onlar həkim, ana, ata, satıcı, yanğınsöndürənlər ola bilər - uşağınızın nə istəsə.

· Hekayə zamanı uşağınızı hərəkət və ya səslərdən istifadə edərək hekayədən bir rol canlandırmağa təşviq edin. Məsələn, uşağınız 'Cırtdan' nağılındakı Div ola bilər.

· Məktəbəqədər yaşlı uşağı oynayarkən videoya çəkin. Ailəsi və dostları ilə bölüşmək üçün xüsusi video halına gətirmək üçün film hazırlayan mobil tətbiqlərdən istifadə etməsinə kömək edin.

Yaradıcı fəaliyyət: musiqi, hərəkət və rəqs

Musiqi, hərəkət və rəqs sadə, gündəlik oyunun bir hissəsi ola bilər:

· Uşağınıza bir qazan, qapaq və taxta bir qaşıq verin - övladınız bunlardan musiqi aləti kimi istifadə edə bilər.

· Səs çıxaran və hərəkət edən qısa heyvan videolarına baxın. Uşağınız heyvanların hərəkətlərini yamsılamaqdan və səsləri çıxarmaqdan zövq ala bilər.

· Musiqi alətlərini heyvanlara və onların hərəkətlərinə uyğun olan şəkildə istifadə edin. Məsələn, ritm alətini filin yerişi kimi yavaşca və ya həyəcanlanan meymun kimi yüksək səslə silkələyin.

· Övladınızı tullanmağa, yürüyüş etməyə, sürüşməyə həvəsləndirin. Uşağınızın musiqi ilə hərəkət etməsi və ya yeni hərəkətlər kəşf etməsi üçün sevdiyi musiqini qoyun.

· Uşaq mahnıları vasitəsilə onun ritm tutmaq hissini inkişaf etdirin.

· Divar saatının səsi və ya damlayan su səsini dinləməyə sövq edin. Uşağınızı əl çalmağa, yerində addımlamağa və ritmlə vurmağa həvəsləndirin.

Foto qalereya