Xahiş yoxsa təlimat?

Text Page

Xahiş etmək - övladınızından bir şeyi etməsini istəməkdir.

Məsələn, ‘Bu örtüyü qatlamaqda mənə kömək edəcəksən?’ Və ya ‘Paltonu geyinmək istəyirsən? Bu gün soyuqdur '. Övladınız bir istəyə bəli və ya yox deməyi seçə bilər.

Təlimat isə uşağınıza bir şey etməsini söyləməkdir.

Məsələn, ‘Zəhmət olmasa indi bu örtüyü bükməyimə kömək edin’ və ya ‘Zəhmət olmasa çölə çıxdığımız zaman paltonu geyin’. Bu, uşağınıza nə vaxt və nə etməsini istədiyinizi deyir. Uşağınıza "yox" seçimi vermirsiniz.

Övladınızdan bir işi etməsini xahiş və ya tələb edəcəyiniz barədə dəqiq olmağınız vacibdir. Əgər siz, “Niyə kimsə mənə buranı səliqəyə salmaqda kömək etmir?” deyirsinizsə, uşağın nə edəcəyini bilməsi daha çətindir. Ondan kömək istədiyinizi, nə etməli olduğunu söylədiyinizi və ya şikayət etdiyinizi anlaya bilməyəcək. İstədiyiniz şey bəlli deyilsə, yəqin ki, onu əldə etməyəcəksiniz.

Xahiş etmək yoxsa təlimat vermək?

Təlimatlar və xahişlər – hər ikisi vacibdir, eyni zamanda hər ikisini də qarışdırıb istifadə etmək yaxşıdır.

Təlimatlar, adətən, təhlükəsizlik üçün çox vacibdir - məsələn, ‘Yolu keçərkən əlimdən tut’. Təlimatları izləməyi öyrənmək uşağınızın məktəbəqədərə və məktəbə hazırlaşmasına kömək edir. Ancaq, həddən çox təlimat uşağınızı çaşdıra və onda bu təlimatlara qarşı üsyan etmək hiss yarada bilər.

Xahiş etmək isə övladınıza seçim etmə imkanı və vəziyyətə nəzarət hissi verir ki, bu da onun daha çox əməkdaşlıq etməsinə səbəb ola bilər. Buna görə istəkləri təlimatlardan daha çox istifadə etməyə çalışın.

Effektiv təlimatlar vermək: tövsiyələr

Təlimatlar uşaqlar üçün çətin ola bilər. Aşağıda verilən tövsiyələr, təlimat verdiyiniz zaman daha çox iş birliyi əldə etməyinizə kömək edə bilər.

Övladınızın diqqətini cəlb etdiyinizə əmin olun

Övladınızın diqqətini cəlb etmək onun size dinlədiyinə əmin olmağa kömək edəcəkdir.

Aydın bir dil istifadə edin

Təlimatlar aydın, qısa və uşağınızın yaşına uyğun olmalıdır. Məsələn, kiçik yaşlı uşaqlar üçün ‘Oyuncaqları yığışdır’, beş yaşındakı bir uşağa isə ‘Zəhmət olmasa oyuncaqlarını indi yığışdır’ deyə bilərsiniz. Kiçik yaşlı uşağa hər dəfə yalnız bir təlimat verin.

Pozitiv olun

Pozitiv təlimatlar uşağınızın müvəffəq olmasına kömək edir, çünki onun tam olaraq nə etməsini istədiyinizi deyir. Məsələn, "Belə yemə" əvəzinə "Zəhmət olmazsa, yeməyi ağzını bağlayaraq çeynə" deyin.

Seçimləri ehtiva edən təlimatlar verin

Bu, övladınızın istədiyiniz şeyi etmə şansını artıra bilər, çünki ona müəyyən seçim verirsiniz. Məsələn, ‘Geyinmək vaxtıdır - qırmızı şalvar, yoxsa mavi?'

Dediklərinizi təkrarlamağa hazır olun

Uşaqlar tez-tez xatırlatmalara ehtiyac duyurlar. Məsələn, ‘Samir, sənə bir daha deyirəm. Ayaqqabılarını indi geyin'.

Övladınızın dediyinizi etməsi üçün onu təşviq etməyə cəhd edə bilərsiniz. Məsələn, ‘Ayaqqabılarını tez geyinsən, parkda oynamağa daha çox vaxtımız olacaq’. Kiçik yaşlı bir uşağa isə ‘Əvvəlcə ayaqqabı, sonra park’ deyə bilərsiniz.

Nəticələrə əsaslanın

Əgər uşaq sizin təlimatları yerinə yetirmirsə, 3 yaşdan yuxarı uşaqlar üçün nəticələrdən istifadə edə bilərsiniz. Məsələn, “Mən boyaları gətirənə qədər, oyuncaqlarını yığışdır.” Oyuncaqları yığışdırmamağın nəticəsi, odur ki, boyama olmayacaq – bu isə çox darıxdırıcıdır.

Övladınıza istək və təlimatları həyata keçirməyi öyrənməkdə kömək etmək: məsləhətlər

Uşaqların təlimat və istəklərlə əməkdaşlıq etməyi öyrənməsi üçün vaxt tələb oluna bilər. Aşağıdakı tövsiyələrdən istifadə edə bilərsiniz:

  • Eyni, tanış sözləri istifadə etməyə davam edin - məsələn, “Qulaq as, Aysel”, “Xahiş edirəm, indi'. Bu sözlər işarə rolunu oynayır və tədricən uşağınız başa düşəcək.
  • Əməkdaşlıq etdiyi  zaman övladınızı tərifləyin - məsələn, ‘əla, bunu sənsiz edə bilməzdim’.
  • Gündəlik iş rutini qurun. Rutin, övladınızın təkrarlanan gündəlik işləri etməsinə kömək edir. Rutin həmçinin kiçik yaşlılar və xüsusi ehtiyacları olan uşaqlar üçün xüsusilə faydalı ola bilər.
  • Tapşırıqları əyləncə və ya oyunun bir hissəsi halına gətirərək uşağınızı cəlb etməyə çalışın.

Niyə övladınız əməkdaşlıq etmir?

Əgər övladınız sizinlə əməkdaşlıq etmirsə, ola bilər ki, sizin gözləntiniz onun bacarıqlarını üstələyir. Uşağınıza bacarıq öyrətməyiniz və ya bir işi necə edəcəyini göstərməyiniz lazım ola bilər.

Övladınızın istədiyiniz bir işi etməməsi üçün keçərli səbəb ola bilər - məsələn, özünü pis hiss edə, yorğun ola və ya nədənsə qorxa bilər. Həddindən artıq yorğun və ac bir uşaqdan otağını təmizləməsini istəməyiniz, yəqin ki, işə yaramayacaq. Övladınız bu səbəbdən əməkdaşlıq etmirsə, onun əməkdaşlıq etməsi üçün təlimatı dəyişdirməlisiniz. Məsələn, “Nahardan sonra otağını təmizləməyini istəyirəm.”

Bəzən uşaqlar ümumiyyətlə əməkdaşlıqdan imtina edirlər. Bu normaldır. Uşağınızın davranışı, o inkişaf etdikcə dəyişəcək. Ardıcıl, israrlı və sevgi dolu olmağa çalışın ki, uşağınız təhlükəzsizlik kimi vacib məsələlərdə əməkdaşlıq etsin.


MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA