Mühitin dəyişdirilməsi: Davranışı idarəetmə üsulu

Text Page

Övladınızın ətraf mühitini dəyişdirmək: bu nə deməkdir?

Əgər övladınız xoşunuza gəlməyən bir tərzdə davranırsa, onun ətraf mühitinə nəzər yetirmək yaxşı olar. Övladınızın ətraf mühitini dəyişdirərək, onun davranışını da dəyişdirə bilərsiniz. Mühitin dəyişdirilməsi övladınızın ətraf mühitinə kiçik, idarə oluna bilən dəyişikliklər etmək deməkdir. Bu, yeni evə köçmək, yeni oyuncaqlar almaq, mebel dəyişdirmək, bahalı oyun avadanlığı quraşdırmaq və s. demək deyil!

Övladınızın "ətraf mühiti": bu nədir?

Uşaqların davranışına gəldikdə, mühit yalnız uşağın ətrafındakı kiçik şeylər deməkdir. Övladınızın ‘davranış mühiti’ aşağıdakıları əhatə edir:

  • məkan- məsələn, parkda, evdə, supermarketdə
  • oyuncaqlar, kitablar və oyun avadanlığı, həm də oynamağını istəmədiyiniz digər şeylər
  • digər uşaqlar və onların davranışları
  • səs-küy və işıq
  • günün vaxtı
  • sizin istək və təlimatlarınız.

Aşağıda sadalananlar uşağın davranışına təsir edə, hətta xoşagəlməz davranışlara yol aça bilər. Məsələn, normaldır ki, övladınız:

  • ətrafındakı əşyalarla oynamaq istəyir;
  • ətrafını araşdırır;
  • yatmaq vaxtıdırsa özünü yorğun hiss edir;
  • ətrafda çox səs-küy və ya fəaliyyət varsa özünü narahat hiss edir;
  • sevdiyi oyuncaqları paylaşmaq istəmir;
  • əgər təlimatlarınızı başa düşmürsə, onlara əməl etmir.

Övladınızın fiziki mühitini dəyişdirmək

Övladınızın uyğun şəkildə davranmasına kömək etmək üçün onun fiziki mühitində bəzi şeyləri dəyişdirmək üçün tövsiyyələr:

Evdə

  • Sına bilən və ya bahalı əşyaları göz önündə və əl çatan yerdə qoymayın - bu həm yaxşı davranış, həm də təhlükəsizlik üçün vacibdir.
  • Yorğun hiss etdikdə dincələ bilməsi üçün övladınıza ‘sakit guşə’ yaradın. Bu, yaxınlıqda onun bəzi sevimli kitablarının da olduğu xüsusi bir yastıq ola bilər.
  • Övladınızın bir işə tam diqqətini ayırması üçün tablet və ya televizor kimi elektron əşyaların sönülü olduğundan əmin olun.

Çöldə

  • Avtomobil, qatar və ya avtobus səyahətləri zamanı oturacaqlarda yerdəyişmə edin. Məsələn, bir valideyn iki uşaq arasında otura bilər. Yaxud uşaqlar növbə ilə pəncərə qarşısında otura bilərlər.
  • Bir ailə gəzintisi üçün, həm sizin, həm də övladınızın zövq alacağı yerlərə gedin.
  • Avtomobillə səyahət zamanı mühiti dəyişdirmək üçün musiqidən istifadə edin. Əgər uşaq darıxarsa, ürəkaçan musiqi və ya dincəlməsini istəyirsinizsə həzin musiqi aça bilərsiniz.

Oyuncaqlar və əşyalar

  • Övladınızın sevimli oyuncaqlarını onun əli çata biləcəyi bir yerə qoyun. Belə olduğu halda, oyuncaqlarını axtararkən harasa dırmanmağa və ya təhlükəli yerlərə girməyə cəhd etməyəcək.
  • Qonaq gəldiyi zaman övladınızın digər uşaqlarla paylaşmaq istəmədiyi oyuncaqları seçib göz önündən götürməsinə kömək edin.

Övladınızın ətraf mühitindəki fəaliyyətlərin vaxtının dəyişdirilməsi

Hadisələrin vaxtını dəyişdirərək uşağın mühitini dəyişdirmiş olursunuz. Məsələn:

  • Yatmazdan əvvəl səssiz, sakitləşdirici fəaliyyətə təşviq edin.
  • Günorta yuxusundan sonra övladınızı alış-verişə aparın.
  • Səhər məktəbə getməyə hazırlaşarkən tələskənlik və stresi azaltmaq üçün tezdən oyanın.
  • Uzun yola çıxarkən tez-tez fasilələr etməyi planlayın.