Davranışı idarə etmə üsulu: Planlaşdırılmış laqeyd yanaşma

Text Page

Planlaşdırılmış laqeydlik nədir?

Planlaşdırılmış laqeyd yanaşma uşağın xoşagəlməz davranışına fikir verməməkdir. Bu, uşaq o cür davranarkən ona baxmamaq və onunla danışmamaq deməkdir.

Məsələn, bir ailə yeməyi yeyirsinizsə və övladınız stulda yuxarı və aşağı tullanırsa, onunla söhbət etmirsiniz və dayanana qədər ona baxmırsınız. O, dayandıqda, ‘axşam yeməyində stulda oturmağını çox bəyənirəm. Deyə bilərsən bu gün bağçada nə etdin? '.

Əsas qayda odur ki, övladınız özünü yaxşı aparanda onu diqqətinizlə mükafatlandırasınız, amma xoşagəlməz şəkildə davranarkən ona diqqət yetirməyəsiniz. Davamlı olaraq bu üsuldan istifadə edərək, övladınızın davranışını formalaşdırmağa nail ola bilərsiniz.

Planlaşdırılmış laqeydlik nə üçün işə yarayır?

Planlaşdırılan laqeydlik ona görə işə yarayır ki, diqqət uşaqlar üçün böyül mükafatdır. Övladınız müəyyən bir şəkildə davranır və diqqətinizi çəkirsə, çox güman ki, yenidən bu şəkildə davranacaq. Ancaq xoşagəlməz davranışı görməməzlikdən gəlsəniz, yenidən baş vermə ehtimalı azdır. Yaxşı davranışa diqqət yetirmək ümumiyyətlə daha yaxşı davranışa səbəb olur və xoşagəlməz davranışa diqqət etməmək isə ümumiyyətlə bu davranışın baş vermə ehtimalını azaldır.

Diqqətiniz övladınız üçün böyük bir mükafat olduğundan, bəzən ona hansı növ diqqət ayırmağınızın əhəmiyyəti yoxdur. Xoşagəlməz davranışa reaksiya verməyiniz ümumiyyətlə diqqətsizlikdən daha pisdir. Tənqid və ya tənbeh övladınıza mükafat kimi görünə və əslində daha çox belə davranışa səbəb ola bilər.

Bəzi autizm spektri pozğunluğu olan uşaqlar (ASD) başqaları ilə qarşılıqlı əlaqədən çəkinirlər. Bu uşaqlar üçün planlaşdırılmış laqeydlik üsulundan istifadə etmək yaxşı deyil. Onların davranışını idarə etməyin yolları barədə həkim və ya terapevt ilə danışın.

Planlaşdırılmış laqeydlik: tövsiyələr

  • Tamamilə laqeyd yanaşma. Uşaq xoşagəlməz davranarkən ona baxmayın və ya heç bir şey deməyin. Baxışlar, təbəssüm və hətta qaşqabaqlı ifadə belə yolverilməzdir. ‘Səni görmürəm!’ demək laqeydlik deyil. Övladınız təhlükəsiz yerdə belə davranarkən ondan uzaqlaşın.
  • Davranış başlayanda özünüzü görməməzliyə vurun. Davranış bir müddət dayandırıldıqda laqeyd yanaşmağı dayandırın. Bu, bir körpə üçün 20 saniyə, yaşlı uşaqlar üçün bir neçə dəqiqə görməməzlikdən gələ bilər. Övladınız xoşagəlməz davranışını dayandırdıqda yenidən cavab verə bilərsiniz.
  • Övladınızın xoşagəlməz davranışına laqeyd qalmağın çətin olduğunu düşünürsünüzsə, fikrinizi yayındırmağın yollarını planlayın. Musiqi aça və ya ürəyinizdə saya bilərsiniz. Bəzi sadə tənəffüs məşqləri də hisslərinizi nəzarətdə saxlamağa və sakit qalmağa kömək edə bilər.
  • Xoşagəlməz davranış yerinə, görmək istədiyiniz davranışa davamlı olaraq diqqət yetirin. Belə olan halda planlaşdırılmış laqeydlik daha çox işə yarayır.

Planlaşdırılmış laqeyd yanaşmadan istifadəyə qərar vermək

 Laqeyd yanaşmaq həmişə ən yaxşı seçim deyil. Davranışı görməməzlikdən gəlməyə qərar verməzdən əvvəl, bir neçə şeyi yoxlamaq məsləhətdir:

  • Davranış başqasının diqqəti ilə mükafatlandırılırmı?

Davranış başqasının - məsələn, bacı-qardaşların və ya dostların diqqəti ilə mükafatlandırılırsa, siz bu davranışı görməməzlikdən gəldiyiniz təqdirdə heç bir dəyişiklik olmayacaqdır. Bu vəziyyətdə başqa bir davranışı idarə etmə üsuluna baxa bilərsiniz- məsələn, mühiti dəyişdirmək.

  • Davranışa məhəl qoymamaq yaxşı fikirdirmi?

Bəzi davranışlar diqqətinizlə mükafatlandırılsa belə, onu görməməzlikdən gəlmək istəməyəcəksiniz. Başqalarına və ya əmlaka zərər verən təhlükəli davranışı - məsələn, dişləmək, vurmaq, pərdələri dartmaq və ya bir şeyi atmağı görməməzlikdən gələ bilməzsiniz. Bu vəziyyətdə səbə-nəticə və ya 5 dəqiqə sakit dayanmaq cəzası vermək üsulundan istifadə etmək olar.

  • Getdikcə pisləşən davranışı görməzdən gələ bilərsinizmi?

Bəzən davranışları görməməzlikdən gəlməyə başlayırsınız, amma o getdikcə daha da pisləşir və sonda ona diqqət ayırırsınız. Məsələn, övladınız taxta bir zəminə oyuncaq kubiklə vurur, buna məhəl qoymursunuz. Ancaq getdikcə uşaq daha möhkəm vurmağa başlayır. Övladınızı döşəməyə vurduğu üçün tənbeh edirsinizsə, bunun davranışı mükafatlandırma kimi görülməsi riski qaçılmazdır və davranışın yenidən baş vermə ehtimalını artır. Bu vəziyyətdə, davranış baş verən zaman sadə tənəffüs məşqlərini sınaya bilərsiniz. Ancaq davranış pisləşərsə onu görməməzlikdən gələ bilməyəcəyinizi düşünürsünüzsə, elə davranış başlayanda laqeyd yanaşmaqdan imtina edin.

  • Harada olmağınızdan asılı olmayaraq davranışı görməzdən gələ bilərsinizmi?

Hər hansı bir xoşagəlməz davranışı bir məkanda görməməzlikdən gəlsəniz, başqa bir yerdə isə bunu etməsəniz, bu davranış istəmədiyiniz yerdə daha çox baş verəcək. Məsələn, övladınız supermarketdə deyil, evdə qışqırmasına laqeyd yanaşsanız, bu davranış supermarketdə daha çox baş verəcək. Supermarketdəki davranış üçün əvvəlcədən planlaşdırma üsulundan istifadə etməyə cəhd edə bilərsiniz.

  • Davranışı nə vaxt olursa olsun görməməzlikdən gələ bilərsinizmi?

Bu çox vacib məqamdır. Bu üsuldan hərdənbir istifadə etsəniz övladınızın davranışını dəyişdirmək çətin olacaq. Övladınızın davranışı üçün öncədən planlamaq, özünüz üçün isə stresi idarə etməyi öyrənmək faydalı ola bilər.

  • Başqa insanlar da davranışı görməzdən gələ biləcəklərmi?

Bir davranışa müvəffəqiyyətlə laqeyd yanaşırsınızsa, ancaq partnyorunuz, dostunuz və ya qohumunuz birdən içəri girib davranışa diqqət ayırırsa, qazandağınız uğur puç olacaq. Bir-birinizi dəstəkləmək övladlarınızın davranışını idarə etməyin vacib bir hissəsidir. Bu səbəbdən övladnızın həyatında olan digər şəxslərlə hansı davranışlara məhəl qoymayacağınız barədə müzakirə edib razılığa gəlməyiniz vacibdir. Bəzən başqaları, planlaşdırılmış laqeydlik üsulundan istifadə etmənizi başa düşməkdə çətinlik çəkəcək və bunu edə bilməyəcəklər. Belə olduğu halda, bu üsuldan istifadə etməmək daha yaxşıdır.

Hazır olun – laqeyd yanaşdığınız davranış, yaxşılaşmadan əvvəl çox vaxt daha da pisləşir. Uşaqlar cavab verəcəyinizə ümid edərək bu davranışı daha çox sərgiləyəcək. Planlaşdırılmış laqeyd yanaşmadan davranışı idarə etmə üsulu kimi istafədən etmədən öncə bunu nəzərə almalısınız.


MƏNBƏ: RAISING CHILDREN AUSTRALIA

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ : SOVQAT ƏZİMOVA