Gecələr tualet təlimi

Text Page

Əgər gündüzlər övladınıza ayaqyoluna getməyi öyrətmisinizsə artıq gecələr də onu yerini islatmadan tualetə getməyi öyrətməyin zamanı gəlib. Bu kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün sizə aşağıdakıları tövsiyə edirik:

 Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır?

Bunun ən düzgün vaxtını sizə hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər gecədən sonra quru qalırsa onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya bilərsiniz.

Yatmadan öncə uşağı oyadıb tualetə aparın.

Düzdür bir çox mütəxəssislər hesab edirləri ki, uşaqlar yuxudan tam oyanmırlarsa onlar nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu uşaqlarda yuxudan durub tualetə getmək vərdişi yaradır. Gecə özünüz yatmadan öncə onu oyadın və tualetə aparın.

Döşəyi qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da və daha baha başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu gecənin bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.

Yuxudan əvvəl maye qəbulunu azaldın.

Uşaq yuxuya getməmişdən bir neçə saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa 1-2 qurtdum su verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını artırır.

Yatağın yanına qorşok (güvəc) qoyun və əmin olun ki, həmin yerə gecə lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə bir də bu işi böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.

Səbrli olun.

Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola bilər ki, 5-6 ardıcıl “uğurlu” gecədən sonra yenə də “uğursuzluqla” üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.

 Quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər “uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin.  Amma, uğursuzluğa görə də həddindən artıq məyus olmayın.

Bu çətin işdə sizə uğurlar arzu edirik.