"Ayı və bal arısı" nağılı

Ayı qış yuxusundan təzəcə ayılmışdı.
Yeməyə heçnəyi yox idi.
O bərk acmışdı. Özünə ov axtarırdı. Meşədə ağacın koğuşunda bal axdığını görüb ağzı sulandı.
-Yaxşı tapmışam, - dedi.
Bu şirin baldan yeyib, qarnımı doyduraram. Ayının ağzı ağac koğuşuna dəyən kimi, arılar xəbər tutdular.
Onlar ayını o qədər sancdılar ki, ayı dözə bilmədi. Qaçıb güclə özünü suya saldı.