Uşaqlar hansı cizgi filmlərini izləməlidir?

Text Page

Texnologiyanın inkişafı, məşğul həyat tərzi, valideynlərin övladına vaxt ayıra bilməməsi kimi səbəblərdən uşaqlar erkən yaşlardan televizor izləməyə başlayırlar. Bu hal öz növbəsində bəzi problemlərə yol açır. Uşaqlar 0 -2 yaş aralığında reallıqla xəyal arasında fərqi başa düşmədiklərindən cizgi filmində gördüyü animasiyaları, hadisələri həqiqət sana bilərlər. Bu səbəbdən iki yaşa qədər uşaqları cizgi filmi ilə tanış etmək tövsiyə olunmur. Uşaqlar üçün cizgi filmini necə seçək?

  Cizgi filmlərinin növlərini qruplaşdıraq:

Öyrədici

Əyləncəli

Tərbiyəedici

Heyvanlar aləmini əks etdirən

Bol animasiyalı

Şiddət aşılayan

Xəyali varlıqları əks etdirən

Qeyd: Bəzən bir cizgi filmi yuxarıdakılardan bir neçəsini özündə cəmləşdirir.

İlk öncə bunu qeyd edək ki, 2-6 yaş arasındakı uşağın izləyəcəyi cizgi filmi qətiyyən reallıqdan uzaq olmamalıdır. Cizgi filmindəki hadisələr uşağa gündəlik həyat bacarıqlarını aşılayan, yeni nələrisə öyrədə biləcək şəkildə hazırlanmalıdır. Yəni bu yaş aralığı üçün ən gözəl alternativ öyrədici və tərbiyə edici cizgi filmləridir. Cizgi filmini normasından artıq zaman kəsiyində izləmək uşaqda diqqət dağınıqlığı yaradır və uşağı reallıqdan uzaqlaşdırır. Bu səbəbdən cizgi filmi izləmə vaxtına da diqqət etməlisiniz. Uşağa cizgi filminin növünü seçərkən diqqət etməli olduğunuz nüansları vurğulayırıq:

Öyrədici (sayları, rəngləri, hərfləri, və.s) olmalı

Şiddət aşılayan olmamalı

Ölən, yaralanan qəhrəmanlar olmamalı

Qorxutma, cəzalandırma, lağetmə və.s kimi mənfi davranışlar olmamalı

Təbii gedişatdan kənar hadisələr olmamalı (ölüb canlanma, yaralanıb dərhal sağalma və.s)

Əyləndirici, rəngli, əzbərləməni inkişaf etdirən mahnıların olması

 

Uşaqlarda cizgi filmi izləmə vaxtının limiti nə qədər olmalıdır?

 2 yaşdan etibarən gün ərzində yarımsaat.

 3 yaşından etibarən gündə 1 saat.

 4- 6 yaş arası 1.5 – 2 saat.