Uşaqla birlikdə oyun oynamaq

Text Page

Övladınızla oyun oynamaq aranızdakı bağı gücləndirir.

Qeyd edək ki, valideyn-uşaq arasındakı bağı və münasibəti formalaşdıran konkret fəaliyyət (zooparka getmək, qumda oynamaq və s.) deyil. Bu əlaqəni formalaşdıran fəaliyyət zamanı yaranan qarşılıqlı təsirdir.Oyun isə bir uşağın həyatında nitq inkişafı, fiizki inkişaf, əl-göz koordinasiyası, sosial inkişaf və mənəvi sağlamlıq kimi funksiyalara müsbət təsir göstərir.

Planlaşdırılmış oyun zamanlarında övladınız və özünüz arasındakı bağı və qarşılıqlı əlaqəni gücləndirmək üçün aşağıdakı addımları yerinə yetirin:

Uşağınızın xəyal dünyasına daxil olaraq onunla birlikdə oyun oynayın. Oyunu onun idarə etməsinə şərait yaradın.

Oyunda nə ediləcəyinə, nə danışılacağına uşaq özü qərar versin. Onu müxtəlif suallarla yönləndirməyin.

Uşağın oyundakı davranışlarını düzəltməyin. Özünü və mühitini oyun ilə təcrübədə yanılma və problem həll etmə bacarığı ilə kəşf etməsi üçün onu cəsarətləndirin.

Həyəcanlı və həvəsli davranın, hətta uşaq olun və uşaq kimi davranmaqdan çəkinməyin. Uşağın oyundakı doğru davranışlarını siz də təqlid edin.

Sıx-sıx fiziki təmas qurun. Uşağınıza bir və ya iki saniyə vaxtla tez-tez toxunun. Sevginizi bəlli etmək üçün qolunuzu uşağın çiyninə atın, onu qucaqlayın və ya öpün ya da saçlarını oxşayın.

Diqqətini və düşüncələrini toparlaması üçün onun davranışlarını tez-tez sözlə ifadə edin. Bu uşağın ünsiyyət qurma və nitq inkişafına müsbət təsir edəcək. lunuzu uşağın çiyninə atın, onu qucaqlayın və ya öpün ya da saçlarını oxşayın.