Uşaqların müstəqillik istəkləri

Text Page

Məktəbəqədər yaşlı uşaqlar qətiyyətli şəkildə xarici dünyaya açılmağı tələb etsələr də, onları daha tǝhlükǝsiz limanlara cǝlb etmǝk lazımdır. Çünki onlar düşündüklǝri qǝdǝr özgüvǝnə sahib deyillər və düşündükləri qədər özlǝrinǝ hakim deyillər.

 Bir yaşındakı uşağınız böyümǝyǝ başladıqca, hǝddindǝn artıq qoruyucu münasibǝtiniz onu ǝsǝbi hiss etdirǝ bilǝr. Bununla belǝ, yalnız tǝhlükǝsiz olduğuna ǝmin olduğunuz qǝdǝr sizdǝn uzaqlaşmağa icazǝ verin. Uşağınıza öz tǝhlükǝsizliyini tǝhdid etmǝk üçün kifayǝt qǝdǝr sǝrbǝstlik vermǝzdǝn ǝvvǝl onun yetkinliyini vǝ mǝsuliyyǝt hissini yoxlayın. Ona öz imkanları daxilindǝ sǝrbǝstlik verin vǝ məsuliyyətini  sübut etmǝk üçün tez-tez müxtəlif şəraitlər yaradın.

Problemin yaranmasının qarşısının almaq

 Sǝrhǝdlǝr tǝyin edin vǝ bunu ona aydın şǝkildǝ çatdırın.

 Uşağınızın ondan nǝ gözlǝdiyinizi bilmǝsi üçün o, sǝrhǝdlǝri aydın şǝkildǝ öyrǝnmǝlidir. Bir yaşındakı uşağa nǝyin "mǝqbul" olduğunu söylǝmǝk, bir çox "qǝbuledilmǝz" davranışların qarşısını alacaq.

 Uşağınıza hansı şǝrtlǝr altında sǝrhǝdlǝri aşa bilǝcǝyini öyrǝdin.

 Gǝnc macǝraçı bir şey etmǝk istǝdikdǝ, ona problem yaratmadan bunu necǝ edǝcǝyini söylǝyin. Bu hekayǝdǝ ona qarşı istifadǝ etdiyiniz "tamamilǝ yox" cavablarını azaldın. Mǝsǝlǝn, ona deyin: “Sǝn küçǝni keçǝ bilǝrsǝn, amma mǝnim ǝlimdǝn tutmalısan”.

 Uşağınız öz tǝhlükǝsizliyini idarǝ etməyi bacardıqca  sərbəstliyini  artırın.

 Uşağınız öz sǝrhǝdlǝri daxilindǝ öhdǝliklǝrini yerinǝ yetirirsǝ, bu mǝhdudiyyǝtlǝri yavaş-yavaş artırın. Hǝmçinin ona bu mǝhdudiyyǝtlǝrin niyǝ dǝyişdiyini bildirin. Onun göstǝrişlǝrǝ düzgün ǝmǝl etdiyini vǝ daha çox azadlıq ǝldǝ etmǝk üçün kifayǝt qǝdǝr mǝsuliyyǝt daşıdığını bilmǝk onu yaxşı hiss elətdirəcǝk. Ona deyin: "Çünki sǝn hǝr dǝfǝ qonşundakı dostunun yanına gedǝndǝ mǝnǝ xǝbǝr verirsǝn. Demǝli, indi sǝn dǝ küçǝdǝki dostunun yanına gedǝ bilǝrsǝn. Amma yenǝ dǝ getmǝzdǝn ǝvvǝl hǝmişǝ mǝndǝn soruş, yaxşı?"

 Problemin hǝlli

 Nǝ edilmǝlidir?

 Öhdəlilərini bacarabda ona mükafatlar verin.

 Uşağınızı sǝrhǝdlǝrǝ sadiq qalmağa tǝşviq edin vǝ bunu davam etdirdiyi üçün onu mükafatlandırın. Ona deyin: "Qonşuların hǝyǝtinǝ getmǝk ǝvǝzinǝ yellǝncǝkdǝ yellǝndiyinə görǝ sevinirǝm. İndi istǝsǝn ǝlavǝ üç dǝqiqǝ dǝ yellǝnə  bilǝrsǝn".

 Sǝrhǝdlǝrǝ hörmǝt etmǝdiyi vǝziyyǝtlǝr üçün dǝrs nǝticǝlǝrini tǝyin edin.

 Uşağınıza öyrǝdin ki, o, sizin qaydalarınızı pozduqda, bu, onun öz ǝylǝncǝsinin sonu olacaq. Deyǝ bilǝrsiniz: “Üzgünəm, mənə xəbər etmədən evdən çıxmısan. Ona görǝ dǝ indi evin içindǝn çölǝ çıxmamalısan”

 Qətiyyətli olun.

 Uşağınız hǝr dǝfǝ bir qayda pozduqda, ona eyni nǝticǝ verdiyinizǝ ǝmin olun. Bu, ona hǝqiqǝtǝn nǝyi nǝzǝrdǝ tutduğunuzu öyrǝdǝcǝk. Bu, hǝm dǝ sizdǝn uzaqda olarkǝn öz hǝrǝkǝtlǝrindǝ onu daha ehtiyatlı edǝcǝk. Çünki ondan nǝ gözlǝdiyinizi aydın bilǝcǝk.

 Nǝ edilmǝmǝlidir?

 Küçǝdǝ gedǝrkǝn uşağınızı vurmayın.

 Uşağınızı vurmaq onu sizdǝn gizlǝtmǝk istǝmǝdiyiniz şeylǝri etmǝyǝ tǝşviq etmǝkdir. Tǝbii ki, daha böyük tǝhlükǝ uşaqların gizlicǝ küçǝyǝ çıxmasıdır. Buna görǝ dǝ, uşaqları gizli şǝkildǝ istǝdiklǝrini etmǝyǝ yönǝldǝcǝk hǝrǝkǝtlǝrdǝn çǝkinin.