Uşaq masturbasiyası necə yaranır?

Text Page

Uşaq masturbasiyası (fizioloji səbəblər istisna olmaqla) yanlış pedaqoji metodlar nəticəsində baş verir.  Masturbasiya genetik ötürülmə ilə valideyndən uşağa keçmir. Uşaq masturbasiyası cinsi həzz ehtiyacından irəli gələn davranış deyil.  Bu davranış bədənin hər hansı bir yerində dərinin qaşınmasından fərqlənmir.  Ancaq uşağın bu davranışını davam etdirməsi ana-övlad bağının zəifliyi ilə asılılıq səviyyəsinə çata bilər. İlkin səbəblər fərqli olsa da, uşaq masturbasiyası oyalanma davranışıdır.  Uşaq tək qalanda, ünsiyyət ehtiyaclarını ödəyə bilməyəndə, inciklik hiss etdikdə və sıxıntılı vəziyyətlərdə özünü xarici aləmə bağlayıb öz-özünü oyalaya bilər.

Müalicə, bu davranışa səbəb olan yuxarıda qeyd olunan səbəblərin aradan qaldırılması şərti ilə ana-uşaq bağının gücləndirilməsi kimi qəbul edilməlidir.  Uşağın bu oyalanma davranışından əl çəkməsi üçün həyatdan həzz ala biləcəyi və diqqətini yayındırmağa ehtiyac duymadığı mühitlər yaradıla bilər. Valideynlərin cinsi həyatının uşaq mastürbasiyasının formalaşmasına heç bir təsiri yoxdur.

Bəzən uşaqlar cansıxıcılıq, diqqəti yayındırma səbəbiylə sürtünmə davranışı ilə məşğul ola bilərlər.  Xüsusilə oğlanlar 3-6 yaş arasında cinsiyyət orqanları ilə oynaya bilirlər.  Bu uşaq mastürbasiyası deyil.  Uşaq mastürbasiyasının görünən ən böyük əlaməti uşağın özünə kömək edə bilməyərək davamlı və sərt sürtünməsi, o zaman tər içində qalması, bunun qarşısı alındıqda isə aqressiv və reaktiv davranışlar sərgiləməsidir.

Uşaq masturbasiyası 6 yaşından əvvəl istənilən yaşda baş verə bilər.  Hətta 1 yaşlı uşaqlarda da müşahidə oluna bilər.  Cinsondən asılı olmayaraq baş verə bilər. Uşağın məqsədi cinsi həzz olmasa da, davranış tərzi onun belə qəbul edilməsinə səbəb olur.  Əslində bu, uşağın şüurlu və öz iradəsi ilə etdiyi hərəkət deyil.

Belə bir vəziyyətdə uşağı utandırmaq, onu aşağılamaq, davranışını aydınlaşdırmaq düzgün deyil.  Həll yolu cəza və ya qorxutma deyil, emosional bağların gücləndirilməsidir.  Uşağı əxlaqsız hərəkət etmiş kimi qiymətləndirmək və bu davranışdan zorla çəkindirməyə çalışmaq onun yaddaşında mənfi iz buraxan bir xatirəyə çevrilə bilər.