Körpə üçün masajın faydaları

Text Page

Körpə üçün masajın faydaları

Körpənizə hər gün yeməyini yedikdən yarım saat sonra ya da çimizdirdikdən sonra masaj edə bilərsiniz. Masaj edəcəyiniz otağın istiliyi 22-24 dərəcə olmasına diqqət edin. Masaj edən insanın saat, bilərzik, barmaqlarındakı üzükləri çıxarmalı oluğunu da yaddan çıxarmayın. Masaj yağınızı hazırlayın, körpənizi masaj müddətində otaqda tək buraxmayın.

Masaj üçün məsləhətlət:

  • Yeni doğulmuş körpələr ilk masaj seanslarında 5 dəqiqə masaj edilməlidirlər. Sonra tədricən bu müddət 20 dəqiqəyə qədər uzadıla bilər.
  • Körpənizin göbəyi hələ düşməmişdirsə, sadəcə göbəyin alt hissəsinə mərkəzdən yanlara doğru  masaj edə bilərsiniz.
  • Körpəniz masajdan narahat olursa masajı saxlayın.
  • Körpə 4 həftədən daha kiçikdirsə masaj qısa və zəif oxşamalar formasında olmalıdır. Bu arada körpənizin verdiyi reaksiyaları da izləyərək ona uyğun hərəkət etməlisiz.

Masajın fiziki təsirləri:

  • Körpə masajı ürək funksiyalarını və qan dövranını hərəkətə keçirir
  • Dəriyə və xüsusilə əzələlərə qan axını sürətlənir
  • Yuxuya getməni asanlaşdırır və körpənin daha sakit olmasına gətirib çıxarır
  • İmmun sistemini qüvvətləndirir