Körpənin boy və çəki artımları

Text Page

Körpənin boy və çəki artımları

Yeni doğulan uşaq, 3-4 gün içində  normal şərtlərdə doğum kilosunun 10%-i qədər kilo alır. 28 günlük ilə 12 ay arası olan süd uşaqlığı dövründə, inkişaf və böyümə çox sürətlidir. Doğum çəkisi ümumiyyətlə 2 kilo 500 qram ilə 5 kilo arasındadır. Qız uşaqları oğlan uşaqlarına görə daha aşağı kilolu olurlar.

Bəzən müxtəlif faktorların təsiriylə uşaqlar normal doğulmalarına baxmayaraq bu ümumiləşdirmənin xaricində kilo ala bilərlər. Çəki artımı, ilk iki-üç ayda, ayda təxminən bir kilo ola bilər. Bu artım 0-6 ayda orta hesabla ayda 750 qramdır. Sonra bir yaşına qədər ayda 500 qram arta bilər. Normal bir uşaq 12 aylığa çatdıqda 10 kiloya qədər olmalıdır. Bundan 10% aşağı və yuxarı olması da normal sayılır. Bir yaşından sonra ildə iki kiloqram qədər artması normaldır.

Uşaq çəkisi üçün, müəyyən qaydalar var:

  • Doğum çəkisi: orta hesabla 3200 qram,
  • Beş ayın sonunda uşaq: doğum kilosunun iki qatı
  • Bir yaşındakı uşaq: doğum kilosunun 3 qatı
  • Üç yaşındaki uşaq: doğum kilosunun 4 qatı
  • Beş yaşındaki uşaq: doğum kilosunun 6 qatı
  • On yaşındakı uşaq: doğum ağırlığının 10 qatı olur.

Boy

Bir yaşına qədər uşaqlarda boy uzanması cox sürətlidir. İki yaşdan sonra bu sürət azalır. Oğlan uşaqlarının boyu qız uşaqlarının boyundan bir az çox olur.

Boy artımları:

  • Birinci üç ay: 8-10 sm.
  • İkinci üç ay: 6-8 sm.
  • Üçüncü üç ay: 5-6 sm.
  • Dördüncü üç ay :4 sm.

Baş:                                                                                                                                 

Yeni doğan körpədə baş sümükləri bir birinin üzərinə gələ bilər. Bu isə bir neçə ay sonra normal yerini alır. Baş sümükləri arasında qabaqda və arxada boşluqlar mövcuddur. Qabaqdakı sümüklər 16-18 aya qədər bağlanır. Arxadakı isə 6-8 həftədə bağlanar.Baş ətrafının ölçülməsi qaşların üzərindən başın arxa çıxıntısı istiqamətinə doğru bütün ətrafı dolanaraq qiymətləndirilir. Baş ən sürətli böyüyən orqandır.