Uşaqlar üçün bayram hədiyyələri

Text Page

Budur, yenə Yeni İl yaxınlaşır. Digər tərəfdən uşaqların Yeni il arzularının siyahısı gündən-günə daha da uzanır. Onları kim günahlandıra bilər? Televiziya, sosial media və ətrafdındakı dostları sayəsində bu gün uşaqlar daim yeni oyuncaqlar, elektron yeniliklər və tətbiqlərdən anında xəbərdar olurlar.

Uşaqların ən çox xoşuna gələcək hədiyyəni necə seçək deyirsinizsə, o zaman aşağıdakı siyahı ilə tanış olun.

      Lazımdır:

  • Hədiyyə alarkən uşağın yaşını nəzərə almaq;
  • Uşağın maraqlarını nəzərə almaq: Reklamlarda bizə göstərildiyi kimi nə bütün oğlan uşaqları maşınları sevir nə də bütün qızlar gəlincikləri. Uşaqların marağı da tez-tez dəyişə bilir, buna görə də uzun müddət oynaya biləcəyi oyuncağı alın. Əgər siz uşağa hədiyyə alacaq qohumsunuzsa, o zaman valideynlərdən fikir alın;
  • Kreativliyi artıracaq hədiyyələr üstünlük vermək: Məsələn rəsm avadanlıqları bütün yaş dövrlərinə uyğundur. Boya, rəngli karandaş, albom və s. Daha böyük uşaqlar üçün plastilin, rəngli kağız, yapışqan, zər və s;
  • Təxəyyülü inkişaf etdirməyə fürsət yaratmaq: Bütün uşaqların qəsrlər, qalalar və yollar düzəltmək üçün kubikləri, konstruktorları olmalıdır. Kiçiklər heyvan və insan fiqurlarını, kiçik nəqliyyat vasitələrini sevirlər. Daha böyük uşaqlar maqnitli tikinti fiqurları, plastik kərpic kimi onları mühəndis və inşaatçı rolunda hiss etdirəcək oyuncaqlarından zövq alırlar. 
  • Kitab oxumağa həvəs oyandırmaq: Hər bir uşağa yeni ildə ən az bir ədəd çox maraqlı bir kitab hədiyyə olunmalıdır.

 

        Lazım deyil:

  • Tək funksiyalı hədiyyələr almaq: Surpriz bitdikdə və ya pazl sonlandıqda, uşağın marağı itəcək mi?
  • Çox hissəli oyuncaqlar: Məsələn, pazlın bir hissəsi itdikdə, onu bird aha yığmaq mümkün olmur.
  • Balaca uşaqlar üçün tez sına bilən oyuncaqlar: Uşaqlar nə qədər ehtiyatlı davransalar belə, oyuncaqlar qırıla bilir. Hədiyyə alarkən oyuncağın davamlılığından əmin olun: əsasən taxta, parça, metal və yüksək keyfiyyətli plastikdən hazırlanmış oyuncaqlar alın.
  • Səsli oyuncaqlar: Məsələn səsli ambulans/polis maşını, oxuyan/danışan gəlincik, səs çıxaran gəmi və s. Bu cür oyuncaqlar uşaqların təxəyyül gücünü işə salmaqlarında mane olur. Uşaqlar özləri maşının nə səs çıxardığına və ya gəlinciyin onunla nə söhbət edəcəyinə özü qərar verməlidir.