Övladlarınızla birgə mütaliə

Text Page

aq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır. Hətta yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda oxunan bir kitab, demək olar ki, adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir. Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir.

Kitabı uşağa oxumaq, kitabı uşaqla oxumaq və kitabı uşağın oxuması...

Oxunan kitabın janrından və dərinlik dərəcəsindən asılı olaraq, kitabı sizin övladınıza oxuyacağınıza, yoxsa birlikdə oxuyacağınıza, yoxsa ki övladınızın sizə oxuyacağına qərar verməli olacaqsınız. Kitabı uşağa sizin oxumağınız ona qiraət prosesinin necə icra edildiyini öyrədəcək. Bu zaman düzgün nümunələr – qiraətin zövqlü, əyləncəli olduğunu, bizi zənginləşdirdiyini, rahatlaşdırdığını və s. – göstərə bilərsiniz. Uşaqlara kitab oxumaq onların oxuya bilməyəcəyi kitablardan dinləyərək zövq almalarını təmin etməkdir.

Birlikdə mütaliə kitabı və hekayənin yaratdığı duyğuları bölüşmək deməkdir. Siz nə qədər yaxşı mütaliəçi olsanız, bu övladınızının qiraətində özünəinam hissinin artmağına kömək olacaq. Sıra ilə oxumağınız və balacanızın özünü hazır hiss etdikdə qiraət prosesinə qoşulması onun özünü təkbaşına kitab oxuya biləcək qədər böyümüş kimi görməsinə və kitabı hiss etməsinə imkan verəcək. Bu halda eyni cümlə və sözlərin tez-tez təkrarlandığı kitablara üstünlük verin.

Beləliklə uşaq özü kitab oxuya biləcək. O kitabı istədiyi kimi – səsli və ya səssiz – oxuya bilər. Sevdiyi kitabları təkrar-təkrar oxumaq istəməsinə və ya diqqətini çəkən, lakin sizə görə onun yaşı üçün ağır olan kitablara göz atmağına da mane olmayın.

2-3 yaşa qədər uşaq oxunanı çox da anlamır. Amma biz nə oxuduğumuza diqqət etməliyik. Uşağı qorxudacaq, mənfi mesajlar ötürən, mənfi emosiyalar olan ifadələrdən qaçmaq lazımdır. Az yaşlı uşaqlarda mücərrəd anlayışı formalaşmadığına görə qorxulu - divlər və s. olan kitablar oxumaq məsləhət deyil. Daha çox real onun düşünüb başa düşəcəyi kitablar oxumaq faydalı olacaq. Məsləhət görülən bəzi kitab adları:

 

 

1. Antuan de Sent-Ekzüperi  “Balaca Şahzadə”

2. Jül Vern “KAPİTAN QRANTIN UŞAQLARI”

3.Ernest Miller Heminquey “QOCA VƏ DƏNİZ”

4. Mark Tven “TOM SOYYERİN MACƏRALARI”

5. Lüis Keroll “ALİSA MÖCÜZƏLƏR ÖLKƏSİNDƏ”

6. Daniel Defo “ROBİNZON KRUZONUN MACƏRALARI”

7. Mark Tven “ŞAHZADƏ DİLƏNÇİ”

8. Conatan Svift “QULLİVERİN SƏYAHƏTİ”

10. Robert Lyuis Stivenson “DƏFİNƏLƏR ADASI”

 

 

Foto qalereya