Ovçu və dovşan (Noqay xalq nağılı)

Text Page

Mən sizə bir ovçu haqqında danışmaq istəyirəm. Bir kənddə kasıb, çox kasıb ovçu yaşayırdı. Köhnə tüfəngindən başqa onun heç nəyi yox idi. Buna baxmayaraq onun balaca oğlu böyüyürdü. Ovçu övladını sevirdi.

Günlərin birində ovçu ova çıxdı. O. meşədə gəzib dolaşdı. Birdən ovçu kolun altında yatmış bir dovşan gördü. Ovçu dovşanı nişan aldı, özü isə fikirləşdi: ”Eh bu dovşanı indi vuraram”, onun dərisini çıxararam. Dərini bazarda sataram, çoxlu pul əldə edərəm. Həmin pula buzov alaram. Buzov da böyüyüb öküz olar. Öküzü arabaya qoşaram, qırmacı oğluma verib onu burada otuzduraram. Oğlum elə sevinər ki! O, “tsob!” qışqırıb öküzü sürər.

Xəyala dalan ovçu ”tsob!” deyərək elə qışqırdı ki, dovşan oyandı, kolun altından çıxıb ox kimi gözəgörünməz oldu və onu bir daha görmədilər. Ovçu özünə gələndə, artıq gec idi.


Mənbə: Azərbaycan Nağılları