Məktəbəqədər intizam: Strategiya və problemlər

Text Page

Məktəbəqədər intizam: Strategiya və problemlər.

3, 4 və 5 yaşlı uşaqların davranış problemləri və effektiv həll yolları

Məktəbəqədər uşaq tərbiyə etmək sənət və elmin birləşməsini , həmçinin, ciddi bir çeviklik tələb edir. Çox zaman əvvəl işə yarayanlar strategiyalar artıq təsirli olmaya bilər. Səbirlə və ardıcıl yanaşma 3, 4 və ya 5 yaşındakı uşaqlarınızın davranış problemlərini həll etmək üçün açar ola bilər. Eyni zamanda, nizam-intizam strategiyalarının hər bir ailə üçün ayrı-ayrılıqda mümkün olan  ən yaxşı şəkildə işlədiyini görmək üçün bəzən  sınaq və səhvlərdən nəticə çıxarmaq lazım ola bilər.

Tipik məktəbəqədər davranış

Məktəbəqədər uşağın inkişaf etməsi, uşağınızın artıq müstəqil olmaq istəməsi deməkdir. Uşaqların müstəqillik qazanma istəyi və nizam-intizam ehtiyacları özü ilə bərabər həll olunması gərəkən yeni problemlər də gətirir. Uşaqlarınızın necə qarşılıq verəcəyinizi görmək üçün yeni davranışlarla sizi sınaqdan keçirməkdən xoşlarına gəlməsi mümkündür. 

Məktəbəqədər mərhələyə keçid uşağınızın sizdən ayrılmaqla bağlı narahatlığına səbəb ola bilər? ya da uşağınızda digər uşaqlar və müəllimlərlə ünsiyyət qorxusu ola bilər. Bu yaşda olan uşaqlar, hüdudları və sərhədlərini aşaraq sınaqlar keçirə bilər və itaətsizlik göstərə bilər. Hələki bacarıqları hələ də tam olmadığı üçün etmək istədiklərini edə bilməmələrindən dolayı əsəbiləşə bilərlər. Bu xəyal qırıqlığı və narahatlıqlar tez-tez davranış problemlərinə, məsələn, itaətsizlik, hazırcavablıq, gizlənməyə və s. səbəb ola bilər. 

Məktəbəqədər uşaqlar yaxşı və pisin əsas anlayışına sahibdirlər. Sadə qaydalara əməl edə bilərlər və çox vaxt böyükləri razılığını qazanmağı, sevindirməyi hədəfləyirlər. Ancaq yetkinlərin məntiqini anlamırlar, buna görə də bəzən sağlam seçimlər etməyə qarşı mübarizə aparırlar. Bu dövrdə impuls nəzarəti inkişaf etdirilməlidir, uşağınızın bu sahədə hələ çox əmək sərf etməyə ehtiyacı olacaq. O qışqıra bilər, kobud sözlər söyləyə bilər və ya qəzəb nümayiş etdirə bilər. Uşaqlar tez-tez qayda və sərhədləri sınayırlar, lakin davranışlarının birbaşa nəticələri barədə daha şüurlu düşünməni inkişaf etdirməyə başlamalıdırlar.

Tipik davranış

  • Ayrılıq narahatlığı
  • Məyusluq
  • Sərhədləri aşmaq
  • Sadə qaydalara əməl edə bilmək
  • İmpuls nəzarətinin inkişafı

Davranış problemləri

  • Yalan
  • Mızmızlanma (narazılıq)
  • Körpə danışmasına qayıdış
  • Tərslik
  • Aqressiv davranış

Uşağınıza impuls nəzarətini öyrətmək

Ümumi çətinliklər

Yalan danışmaq məktəbəqədər uşaqlarda müşahidə olunan məşhur bir problemdir. Bəzən onların hekayələri problemlərdən qurtulmaq üçün bir cəhddir, digər vaxtlarda isə sadəcə təsəvvürlərinin istifadəsidir. Onlar mümkün olmayan hekayələri danışmaq üçün təsəvvürlərindən istifadə edirlər. Mızmızlanma, narazılıq bu yaş dövründə daha çox yayılan bir problemdir. Məktəbəqədər uşaqlar siz ilk dəfə "yox" dedikdə düşünürlər ki, yalvarmaq və ağlamaq sizi fikrinizi dəyişməyə məcbur edəcək. Ancaq unutmayın, əgər onlar bir dəfə sizi təslim etməyə müvəffəq olsalar, yenidən bunu edə biləcəklərinə əmin olacaqlar.

Bir çox evlərdə körpə kimi danışmaq narazı məktəbəqədər uşaq davranışlarının siyahısının başındadır. Ancaq körpə kimi danışmaq  inkişafın normal bir hissəsi də ola bilər. Bəzən məktəbəqədər uşaqlar diqqət qazanmaq üçün bundan istifadə edirlər. Digər vaxtlar onlarda stress və ya narahatlıq səbəbiylə geriləmə müşahidə edilə bilər. Məsələn, bir uşaqlar bağçaya getməzdən əvvəl körpə kimi danışmaqdan istifadə etməyə başlaya bilərlər, çünki keçid mərhələsi barədə əsəbi və narahat olurlar. Məktəbəqədər uşaqlar çox vaxt sizlərə yardımçı olmağı, kömək etməyi istəsələr də, öz müstəqilliklərini də təsdiqləməyi  sevirlər. 

Sizin onlara necə reaksiya verəcəyinizi görmək üçün siz onlardan nəsə etməklərini istədikdə onların "Xeyr!" deməsi adi haldır. Məktəbəqədər uşaqların əksəriyyəti qəzəb böhranları barəsindən bir az irəliləyiş qazanırlar, ancaq yenə də təsadüfi aqressiv davranışların qarşısını almaq üçün kifayət qədər impuls nəzarəti əldə etməlidilər. Vurmaq, döymək və dişləmək hələ də problem ola bilər.


MƏNBƏ: Very Well Family

MƏQALƏNİ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİ: SUĞRA SADIXOVA