Necə ağıllı bir uşaq böyütmək olar?

Text Page

Uşaqlar elm insanı olaraq dünyaya gəlirlər. Çiçəkləri, yarpaqları qoparırlar. Daşları tərsinə çevirirlər. Hər zaman geniş  ölçüdə yox edici işlər görürlər. Əşyaları parçalara ayıraraq, təkrar onları birləşdirib, birləşdirə bilməyəcəyini öyrənmə istəyi kəşf etməyə cəhd göstərmə anlamına gəlir. Uşaqların da etdiyi məhz budur. Yetkin yaşlı elm insanı da əsla böyüməyən bir uşaqdır. Bir yetkin yaşlı elm insanının da etdiyi budur. 

Uşaq  evdə olan bir yumurtanı götürür və onlarla oynayır. Valideyn olaraq dediyimiz ilk cümlə “Yumurtayla oynama, sınacaq. Onu yerinə qoy!” olur. Bu materialın gücünü sınayan bir təcrübədir. Yumurta yerə düşəndə nə baş verəcəyini görməsi üçün uşağa icazə verin. Yumurta yerə düşür və sınır. Yumurtanın sarısı xaric olur. Bu tez bir şəkildə biologiya təcrübəsinə çevrilən fizik təcrübəsidir və uşaq bunu müşahidə edir, sınaqdan keçirir. 

Yumurtalar sizə nə qədər başa gəldi? 30 qəpik. Belə bir məşhur fikir var: “Əgər təhsilin bahalı olduğunu düşünürsənsə, cahilliyin dəyərini sınamalısan.”

Övladlarının araşdırmacı təbiətini dəyərləndirən ya da anlayan yetəri qədər yetkin yaşlı insana, valideynə sahib deyilik. Çünki onlar evdəki düzənini, rahatlığını pozmaq istəmirlər.

Uşaq mətbəxə gedir və bütün qazan-tavaları alıb, onlarla gürültü etməyə başlayır. Bir yetkin yaşlı insan, valideyn olaraq ilk etdiyimiz hansı hərəkətdir?

“Səs-küy salma! Qazanları kirlədirsən!”- Bunu deməklə bir az əvvəl bir akustik təcrübəni sınaqdan keçirən uşağa xəyal qırıqlığı yaşatdıq.  

İnsanlar “uşaqlarımın elmlə maraqlanması üçün nə etməliyəm?”  deyə soruşurlar. Uşaqlar onsuz ki, elmlə maraqlanırlar. Problem törədən biz yetişkinlər və valideynlərik.

Mən uşaqlarla bağlı narahat deyiləm. Mən demək olar ki, bütün peşəkar enerjimi yetkin yaşlı insanlara yönəltdim. Çünki, onlar sayca uşaqlardan çoxdurlar. Fürsətlərdən istifadə edirlər. Səs verirlər. Dünyanı idarə edirlər.  

Uşaqların da uşaq olmasına icazə versək, bu həm onlara, həm də cəmiyyətimizə etdiyimiz ən böyük yaxşılıq olacaq. 


Müəllif: Neil deGrasse Tyson

Mənbə: How to raise smarter children

Azərbaycan dilinə tərcümə etdi: Pəri Osmanova