Uşaqlar üçün D vitamininin faydaları

Text Page

Araşdırmalara görə D vitamini çatışmazlığı sadəcə sümük əriməsi riskini 3 dəfə artırır, eyni zamanda sümük ağrılarına da səbəb olur. Bel ağrısından əziyyət çəkənlərin 80%-izində D vitamini çatışmazlığı vardır.

Hər birimiz yay aylarında D vitamini ehtiyacımızın 95%-ini günəşdən alırıq. Böyüklər kimi uşaqlar da payız və qış aylarında açıq havada az vaxt keçirdiyindən D vitamini çatışmazlığı baş verir. D vitamini çatışmazlığı sadəcə sümüklərə təsir etmir. Qandakı kalsium və fosforun normal hüdudlarda qalmasını təmin edir. Allergik xəstəliklər, xərçəng, metopolizma ilə əlaqədar narahatlıqlar və ürək xəstəliklərinin D vitamini çatışmazlığı ilə olan əlaqəsi araşdırmalarla sübut olunub. Uşaqların yeniyetmələrə nisbətən D vitamini ehtiyacı daha çoxdur. Sümükləri və dişləri gücləndirən D vitamini uşaqlıq çağında yetərincə alınmazsa bu əksiklik xəstəliyə gətirib çıxara bilər.

Buna görə də günün tövsiyyə olunan zamanında övladlarınızın günəş şuası altında zaman keçirməsi çox vacibdir. Lakin bu proses yandırıcı günəş altında uşağın uzun müddət qalmasına şamil edilmir.

D vitamini çatışmazlığının qarşısını almaq üçün aşağıdakılar tövsiyə olunur:

  • Yay mövsümündə mümkün olduğu qədər D vitamini toplamaq;
  • Dəridə D vitamini sintez edən şüaların ən dik saatlarında düz dəriyə təmas etməsinə şərait yaratmaq;
  • Dəridən günəş şüalarını pəncərə, maşın pəncərəsi və geyimlər əngəllədiyi üçün hər gün saat 11:00 ilə 15:00 arasında 20-25 dəqiqə çöldə kremsiz üz və əllərin günəş görməsini təmin edərək keçirmək;
  • Vitamin D-nin zəngin olduğu qızıl balıq, sardalya, skumbriya, ton balığı kimi yağlı balıqlar yemək.

 

Foto qalereya