Bacı-qardaş qısqanclığı

Text Page

Bacı-qardaş qısqanclığını necə azaltmaq olar?

Bacı-qardaş arasındakı qısqanclıq bir neçə formada olur. Bu ailəyə yeni gələn körpəyə göstərilən diqqətin və ya böyük qardaşın etdiyi hər şeyi edə bilməməyin qısqanclığı ola bilər. Hər iki halda, bu qısqanclıqları azaltmaq və bacı-qardaş arasındakı sağlam münasibəti inkişaf etdirmək üçün müəyyən addımlar atılmalıdır.

"Mən sənə kömək edə bilmərəm, körpəyə süd verirəm" və ya "Kitabxanaya gedə bilmərik, körpənin yatmaq vaxtıdır" kimi cümlələrlə körpəni günahlandırmaq, uşağınızın qəzəbinə səbəb olacaqdır. Körpəni günahlandırmaq əvəzinə, "Beş dəqiqə sonra sənə kömək edəcəyəm", "Nahardan sonra kitabxanaya gedə bilərik" kimi alternativ cümlələrdən istifadə edin. 

Uşağınızın sevildiyini və önəmli olduğunu hiss etdirmək vacibdir. Xüsusən də körpə bacı qardaşına nəvaziş göstərirsə, onun necə qayğıkeş bir qardaş və ya bacı olduğunu təntənə ilə vurğulayın. 

Məsələn: Bir körpə bezi gətirməkdə sizə kömək edirsə, onun bu xüsusiyyətini tərifləyin. Bundan əlavə, körpə ilə əlaqəsi olmayan nələrsə də edin. Məsələn: Gündə bir neçə dəfə "Səni sevirəm" demək və ya axşam yataqdan əvvəl əlavə bir hekayə və ya mahnı oxumaq çox işinizə yarıya bilər.

Övladlarınızın böyüdükcə və ya sayları artdıqca vəziyyət bir az da qəlizləşir, çünki hamısının qısqanclığı ilə mübarizə aparmalısınız. 

Qısqanclığı azaltmaq üçün nə edə bilərsiniz?

 1. Uşaqlar arasında məsuliyyəti bərabər bölüşdürün.

 2. Uşaqlarınızı bir-biri ilə müqayisə etməyin.

 3. Uşaqlarınızın qısqanclığını çox böyütməyin.

 4. Uşaqlara neqativ ləqəblərlə müraciət etməyin.

 5.Uşaqlarınıza həmçinin təkbətək vaxt ayırın. 

 


Mənbə: Verywellfamily.com

Müəllif: Amy Morin

Mətni Azərbaycan dilinə tərcümə etdi: Sovqat Əzimova

 

 

Foto qalereya