4-5 yaş: Məktəbəqədər inkişaf və onun xüsusiyyətləri

Text Page

Əsas məqamlar

4-5 yaş məktəbəqədər yaşlı uşaqların inkişafında bir çox diqqətediləsi məqamlar var. Bu yaşda bir çox emosional ifadələr, yeni dostluqlar, fərqli oyunlar, müxtəlif maraqlar, uzun hekayələr, çox sayda fiziki fəaliyyət özünü göstərir. Bu yaş dövrü oxu bacarıqları, daxili və xarici yaradıcı oyunlar, dialoqlu oyunlar və uşağınızla birlikdə yemək bişirmək kimi qabiliyyətlərin inkişafı üçün məqsədəuyğun yaş dövrüdür.

4-5 yaşlı məktəbəqədər uşaqların inkişafında baş verənlər

Hisslər və davranışlar

Bu yaş dövründə uşağınız duyğularını ifadə etməyi kəşf edir və öyrənir. Uşağınız bir çox cəhətdən hisslərini ifadə etməyə çalışacaq. Məsələn, danışmaqla, jestlərdən istifadə etməklə, səs-küy salaraq, oyunlar oynayaraq öz hisslərini ifadə etməyə çalışacaqdır.

Həmçinin, bu yaşda uşağınız insanların əhatəsində olmağı sevir. Uşaq dostlarını məmnun etmək və onlar kimi olmaq istəyə bilər. Eyni zamanda, xəyali dostlar onun üçün  əhəmiyyətli ola bilər. Başqaları ilə birlikdə olmağın bir hissəsi olaraq, onun kədərləndiyini, qaydalara razı olduğunu və digər insanlara yaxşı şeylər baş verəndə məmnun qaldığını müşahidə edə bilərsiniz.

Bu yaş dövründə uşağınızın sizinlə daha çox əməkdaşlıq etməyə meyilli olacaqdır, ancaq bəzən yenə inadkar ola bilər. Beş yaşına çatdıqda, yəqin ki, o, davranışlarını və qəzəb böhranları daha çox idarə edə biləcəkdir.

Uşağınız məktəbə başlama barəsində narahatlıq keçirə bilər. Bu barədə onunla danışmaq və hətta birlikdə məktəbə baş çəkmək onun daha az narahat olmasına kömək edə bilər.

Bu yaşda uşağınız bəzi şeylər haqqında həqiqəti gizlədə bilər və ya hətta yalan danışmağa başlaya bilər. Məsələn, o, hətta "Mən etmədim"-,deyə bilər. Bu, 4-5 yaşlı uşağın inkişafının normal bir hissəsidir.

Oyun oynamaq və öyrənmək

Oyun vacibdir, çünki hələ də uşağınıza hisslərini kəşf etməyə və öyrənməyinə kömək edir. Oyun zamanı uşağınız mahnı oxumağı, rəqs etməyi və hərəkət etməyi sevir. O, həmçinin inandırıcı oyunları sevir, və bununla o, xəyal ilə reallıq arasındakı fərqi öyrənir. Bu yaş dövründə o artıq öz cinsinin fərqinə varır və gender əsaslı oyunlar oynamaq istəyə bilər. Məsələn, qızlar “Ana” rolunda oynamaq istəyə bilər. Uşağınız həkim olmaq və ya evlənmək kimi fərqli rollar və davranışları sınaya bilər.

Məktəbəqədər uşaqlar özünün və digər insanların bədənlərinə çox maraq göstərə bilər. Məsələn, uşağınızın özünə və digər uşaqların cinsiyyət orqanlarına baxarkən görə bilərsiniz. Təbii maraq və rol oyunlarının birləşməsi uşaqlıqdakı cinsi davranışın normal bir hissəsidir. Ancaq uşağın cinsi davranışından narahat olsanız, yaxşı olardı ki, bir pediatr və ya başqa bir ixtisaslı  mütəxəssis ilə danışasınız.

Düşüncə

Uşaq bu yaş dövründə ziddiyyətlər haqqında daha çox məlumat əldə edəcək və başa düşəcəkdir. Məsələn, yüksək-alçaq tipli sifətləri,  hərflərin və nömrələrin adlarını qaydasız olaraq biləcək və 10-a qədər saymağı bacaracaq.

Danışıq

Bu yaş dövründə uşağınızın dili çox inkişaf edəcək  və onun hekayələr danışmağı və söhbət etməyi necə sevdiyini görəcəksiniz. Həmçinin, o, hisslərini söyləyə, fikirləri haqqında danışa, çox sual verə və qafiyəli sözlər söyləyə bilər.

Dörd yaşında məktəbəqədər uşağınız yüzlərlə söz bilir və cümlələrdə 5-6 və ya daha çox söz istifadə edə bilir. Hər zaman uşağınızın nə dediyini başa düşə biləcəksiniz.

Beş yaşa qədər, uşağınız daha dəqiq danışacaq və daha çox sözləri biləcək, başa düşəcək və istifadə edəcək, çox vaxt doqquz sözə qədər mürəkkəb cümlələr də qura biləcək.

Gündəlik həyat

Özünü geyindirmək indi uşağınız üçün olduqca asandır. Həmçinin, çəngəl, qaşıq və bəzən bıçaqdan istifadə etməyi bacarır. Məsələn, çörək üzərində kərə yağı çəkməyi  bacara bilir. Ancaq hələ də ona nəzarət etmək və bəzən kömək etmək lazımdır. O, həmçinin, tualetə gedə, çimə və dişlərini özü  fırçalaya bilər.

Hərəkət

Məktəbəqədər uşaqlar hərəkət etməyi və aktiv olmağı sevirlər. İndi o, ayaqlarını dəyişməklə addım atmaq, top atmaq, tutmaq və vurmaq, qaçmaq, dırmaşmaq, atlanmaq, tullanmaq və bir ayaqla dayanmaqda daha yaxşıdır.

Uşağınız bəzi yeni ümumi hərəki bacarıqlarını inkişaf etdirə bilər. Məsələn; geriyə tullanmaq, qaçarkən tullanmaq, atıla-atıla qaçmaq.

Məktəbəqədər uşağın  incə hərəki bacarıqları da yaxşılaşır. Uşaq təhlükəsiz qayçı ilə kəsə bilər və adını və bəzi məktublarını yaza bilər. Həmçinin, bir dairə çəkə və bədən hissələri və paltarları olan insanların ətraflı rəsmlərini çəkə bilər.


Mənbə: The Australian Parenting Website

Məqaləni Azərbaycan dilinə tərcümə etdi: Suğra Sadıxova