İdeal valideyn kimdir?

Text Page

Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar.

Elə isə ideal valideynlik üçün ünsiyyətin əhəmiyyəti nədir?

Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər.

Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə bu, kiçik yaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünə inamın azalmasına səbəb olur. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər. Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. «Ana, ata nə edir? Ümumiyyətlə, bizim zamanımızda belə şeylərmi var idi?» şəklində reaksiyalar verərlər. Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər. Davamlı nəsihət verən bir hal içinə girirlər.

Valideynlərin rəftarı necə təsir edir?

Ana-atasının hər şeyə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihətin verilməsi onları narahat edir. Uşaqlar bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünürlər. Ana-atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Ana ata nə etməlidir? Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də, acımasız formada tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. 

Nə etməliyik?

Hər şeydən öncə tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər. Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır. Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız.  Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz. Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.