Uşaqlarda yuxu və əqli inkişaf arasında əlaqə

Text Page

Uşaqlarda yuxu əqli inkişafa necə təsir edir?

0-3 yaş aralığındakı uşaqlarda qaydasında olan yuxu uşaq inkişafının ən önəmli amillərindəndir. Uşaqların fiziki inkişafını təmin edən böyümə hormonu daha çox yuxu prosesi zamanı ifraz olur. Gecələr yata bilməyən uşaqlarda böyümə hormonu əksik ifraz olunduğu üçün həmin uşaqlarda sümük, sinir sistemi və fiziki orqanların inkişafında ləngimələr yaranır. Həm də REM yuxusu adlandırdığımız yuxu periodunda uşaqların gün ərzində öyrəndikləri bilik və bacarıqları mənimsəməsinə köməkçi olan beyin bağları aktivləşir. Bu səbəbdən rejimlə olan yuxu uşağın zehni və fiziki inkişafı üçün əhəmiyyətlidir.

Normadan az yatan uşaqlarda hansı problemlərə rast gəlinir?

Norma qədərində (kifayət qədər) olmayan yuxu uşaqların zehni və fiziki inkişafında bir çox problemlərə yol açır. Böyümə hormonundan əlavə normal bədən fəaliyyəti üçün lazım olan digər hormonlarda da problemlər yaranır. Aclıq və iştah bildirən hormonlarda meydana gələn problemlər səbəbilə uşaqlar normadan artıq yemək yeyə bilər və yüksək kalorili faydasız qidalara maraq göstərə bilərlər. Daha az yatan uşaqlarda narahatlıq, emosional pozğunluqlar, diqqət və konsentrasiya pozğunluqlarına da rast gəlinir. Bu da öz növbəsində uşaqlarda davranış problemlərinin və öyrənmə geriliyinin yaranmasına səbəb olur.