Uşaqlar üçün sadə tapmacalar

Tapmacalar uşaqların məntiqi, zəka düşüncəsinə müsbət təsir edir və inkişaf etdirir.
Övladlarınızla sizə təqdim etdiyimiz 4 sadə tapmacanı onunla birlikdə tapmağa çalışın. Tapa bilmədikdə müxtəlif açar sözlər təklif edin. Sonda isə hər tapmacadan sonra olan şəkli göstərin.
Yerdən çıxır ağappaq,
Başında yumru papaq.
Su içində üzərəm,
Sudan çıxsam ölərəm.
Bu quşa bax, qapqara
Səsi düşüb dağlara.
Bircə sözü var,
Hey danışır qarrr-qarrr
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.