"Tülkünün hiyləsi" nağılı

Text Page

Meşənin qırağında bir tülkü yerə uzanmışdı. Tülkünün ayaqları ağac kimi qurumuş, gözləri yumulmuşdu. 

O tərəfdə, ağac budağında əyləşən iki qarğa bunu gördü. Qarğalar ehtiyatla tülküyə yaxınlaşdı.

Onlardan biri tülkünün quyruğunu dimdiklədi. Tülkü tərpənmədi, özünü ölülüyə qoymuşdu. Qarğalar tülkünün yanında fırlanırdı.

Qoçaq qarğalardan biri tülkünün gözünü didmək istədi.

Birdən tülkü sıçrayıb qarğanın boğazından yapışdı və meşəyə qaçdı.