Uşaqlar üçün sadə tapmacalar

Text Page

Tapmacalar uşaqların məntiqi, zəka düşüncəsinə müsbət təsir edir və inkişaf etdirir.

Övladlarınızla sizə təqdim etdiyimiz 4 sadə tapmacanı onunla birgə tapmağa çalışın. Tapa bilmədikdə müxtəlif açar sözlər təklif edin. Sonda isə hər tapmacadan sonra olan şəkli göstərin.

Nə yeyər, nə içər,

Gecə-gündüz işləyər.

Quş deyil, qanadı var,

Quşlardan iti uçar.

Saqqalı var sallanar,

Dağa-daşa dırmanar.

Göydə pambıq göründü,

Əriyib suya döndü.