Uşaqlarda sümük və dişlərin inkişafı

Text Page

Sümüklər və dişlər uşaq sağlamlığının vacib məsələlərindəndir. Uşaqlarda dişlərin və sümüklərin sağlam inkişafını necə təmin etməliyik? Uşaq orqanizmində sümük və dişlərin inkişafı nəyə görə önəmlidir? Bu məqalədə suallarınıza cavab tapacaqsınız.

Skeletimizi təşkil edən sümüklərimiz və qidalanmağımızı təmin edən dişlərimiz inkişaf etmək üçün kalsiuma ehtiyac duyur. Həm sümüklərimiz həm də dişlərimiz zaman keçdikcə dəyişkənliyə uğrayır. Yaşlandıqca sümük və dişlərimizdən maksimum yararlanmaq üçün uşaqlıq dövründən onların düzgün inkişafını təmin etməliyik. Sağlam formalaşdırılmamış sümük və dişlər yeniyetməlik vaxtı bir çox problemlərə yol aça bilir. Uşaqların gələcəkdə dişlərin tökülməsi, sümüklərin əriməsi kimi problemləri yaşamaması üçün sümüklərin və dişlərin inkişafı düzgün təşkil edilməlidir. Sümük və dişləri inkişaf etdirib möhkəmləndirən maddələr hansılardır? Yuxarıda qeyd etdiyimiz kimi diş və sümükləri inkişaf etdirən elementlər oxşardır. Lakin fərqli fermentlərdə mövcuddur. Aşağıdakı cədvəldə bu maddələri ayrılıqda qeyd edirik:

Sümük

Diş

Sodyum

Fosfor

Kalsium

Kalsium

Florid

Flor

Maqnezium

 

Potazium

 

Fosfor

 

Uşaqlarda dişlərin inkişafı neçə yaşa kimi davam edir?

Süd dişlərinin çıxması və tökülməsi də daxil olmaqla dişlərin formalaşmağı 17 yaşa kimi davam edə bilər. Uşaqların sağlam sümük və dişlərə sahib olmaları üçün ən vacib ünsür düzgün qidalanmadır. Cədvəldə qeyd etdiyimiz mineralları əldə etməyin yolu düzgün qidalanmaqdır. Süd ən zəngin kalsium qaynağıdır və uşağın qida rasionunda yer almalıdır. Bununla yanaşı qatıq, pendir, kefir, yoqurt kimi süd məhsullarının qəbul edilməsi önəmlidir. Xüsusi vurğulayaq ki, bir yaşına qədər uşaqlar inək südü qəbul etməməlidir. Çünki bir yaşı tamam olmamış uşaqlarda inək südünün allergik təsiri var. Əgər uşaq orqanizmində kalsium defisiti varsa dişlərdə çürümə, sümüklərdə yumşalma baş verir. Bu halın qarşısını almaq üçün uşaqların yaş qrupuna görə bədənin qəbul etməli olduğu kalsium miqdarını qeyd edək:

Yaş                       

Kalsium miqdarı (ml)

0-6 ay

210

7-12 ay

270

1-3 yaş

500

4-8 yaş

800

9-18 yaş

1300

Cədvələ əsasən 1 stakan süd və 1 fincan qatıqda 300 mg, 1 kibrit qutusu ağ pendirdə 200 mg kalsium var. Buna görə məktəbli uşaqlara gün ərzində səhər və günorta yeməyi daxil olmaqla ən azı gündə iki dəfə süd və süd məhsulları verilməlidir. Əgər uşaq süd içməyi, pendir yeməyi sevmirsə bu halda pendiri yeməklərə qataraq uşağa təklif edə bilərsiniz. Südü isə bal və bəhməzə qatmaqla fərqli dadla təqdim edə bilərsiniz. 

Süd və süd məhsulları xaricində sümük və dişlər üçün faydalı qidalar:

Qırmızı ət

Yumurta

Quru paxlalı bitkilər

Təzə meyvə və tərəvəzlər

Uşaqlarda sümük inkişafında kalsium qədər D vitamininin də xeyri var. D vitamini qida ilə ən çox 30% əldə oluna bilir. Bu vitamini əldə etməyin təbii yolu günəşdir. Gün ərzində ən azı yarımsaat günəşli hava qəbul etmək lazımdır. Uşaqlarda vitamin D çatışmazlığı varsa mütləq həkimə müraciət etməlisiniz.

Sümükləri inkişaf etdirmək üçün sağlam və hərəkətli həyat tərzinə sahib olmalıyıq. Mütəmadi gəzintilər, qaçış, sevdiyimiz idman növlərindən biri həyatımızın bir parçasına çevrilməlidir. Xüsusən basketbol sümük sisteminin inkişafına ən çox fayda verən idman növü hesab olunur.

Uşaqlarda dişlərin sağlamlığının qorunması üçün dişlərə qulluq və fırçalama vərdişi formalaşdırılmalıdır. Dişlərin sağlamlığı üçün kalsium və flor ən önəmli iki mineral hesab olunur. Kalsiumu qidalardan əldə edə bilirik bəs flor necə? Flor diş çürüklərinin qarşısını alan vacib mineraldır. Suyun tərkibində olur. Bununla yanaşı flor tərkibli diş məcunları ilə gündə iki dəfə diş fırçalamaq mütləqdir.