Ana olduqdan sonra həyatımızda dəyişən 8 hal

Text Page

Ətrafımızda "ana olandan sonra tamam başqa insan oldum" deyən qadınlar çoxdur. Analıq əslində budur. İstər istəməz uşaqlı həyatın gətirəcəyi dəyişikliklər mütləqdir.

Bəs ana olduqdan sonra həyatımızda nələr dəyişir?  

Artan çəki

Bu həqiqətə əmin olun ki, siz hər halınızda gözəlsiniz. Sadəcə uşaq doğulduqdan sonra çəkinizdə artım ola bilər. Bunu da sağlam həyat tərzi və sağlam qidalanmaqla qaydasına sala bilərsiniz.

Yuxusuz gecələr

Ana olmazdan əvvəl də yuxu rejminiz düzgün olmaya bilər. Lakin heç bir şey ana olduqdan sonra sonrakı yuxu rejmi qədər pis ola bilməz. Xoş gəldin yuxusuz günlər, həftələr, aylar, bir gecədə 40 dəfə oyanmalar.

Zaman

 Qısaca belə deyək ki, artıq gecələrin gündüzünə qarışmış və həyat sizin üçün təqvimlsizləşib. Həyatınızda zamanla bağlı təqib etdiyiniz tək bir şey aybaay uşağın inkişafı olur. Ana olmaq da elə budur.

Sosial həyatda iflas dövrü

 Harda qaldı əvvəlki dostlarla görüşüb yığışmalar, əyləncələr.... Dostlarınızın sizsiz  yığışdığı hər görüş şəkillərini gördükdə dərindən bir ah keçirirsiniz. Sonra nə olur? uşağınızı görürsünüz və bundan sonra sözlər kifayətsiz qalır. Canımız fədakar analarımız.

Anaya baxış tərzi

 Ananı həmişə sevmişəm. Ancaq indi gözümdə o bir çempiondur.  Ana olduqdan sonra qızların analarına baxış  tərzi dəyişir. “İllərdir bu qədər işi necə çatdırır? Həm ev işləri , həm peşəsi, həmdə bizimlə maraqlanmaq.”  Bəzən isə insan ana olduqdan sonra da anlamır.

Bilmədiyin çox şeyi öyrənmək

 Ana olduqdan sonra içinizdəki araşdırmacılıq heç zaman dayanmayacaq. Övladınızın ən kiçik ehtiyacları haqqında saysız yazılar oxuyacaqsınız. Dövrümüz  texnologiya dövrü olduğundan bilik əldə etmək əvvəlki kimi çətin deyil və övladınızla bağlı hər məsələni araşdıracaqsınız.

Övlad dünyaya gətirib iki uşaq yetişdirmək

Belə bir hal da var ki, körpənizin həyatınızın mərkəzi nöqtəsi olması səbəbiylə həyat yoldaşınız olan böyük uşağınız özünü oyundan kənarlaşdırılmış kimi hiss edib  kiçik melankolilərə qapılır. Bir müddət özünüzü iki uşaq böyüdürmüş  kimi hiss edəcəksiniz. Bəzən həyat analar üçün o qədərdə asan olmur.

 Amma ana olmaq xoşbəxtlikdir 

Bəli, analığın ağır məsuliyyəti var. Əgər anayıqsa böyük fədakarlıqlar etməliyik, amma nə qədər çətin olsada ana olmaq dünyadakı ən gözəl duyğudur. Gün ərzində yaşanan istənilən problemlərin qarşısında körpəmizin sevinc dolu təbəssümünün hər şeydən dəyərli olduğunu hamımız bilirik.