12 addımda yeni doğulmuş körpələrə qulluq

Text Page

Körpənizi böyüdərkən heç düşünmədiyiniz bir çox vəziyyətlə qarşılaşacaqsınız. Nə edəcəyiniz və ya doğru yolda olduğunuz barədə qərarsız olacaqsınız. Sakitləşin! Hər kəsin yaşadığı bu vəziyyətlər zamanla keçəcək və hər şey öz yerinə düşəcəkdir. Bu müddət ərzində işinizi asanlaşdırmaq üçün bir məqalə təqdim edirik. Budur, "Yeni doğulmuş körpəyə qulluq necədir?" sualına cavablarımız.

Yeni doğulmuş uşağı əmizdirmə qaydası necə olmalıdır?

24 saat içində ən az 8-10 dəfə hər iki döşünü də əmizdirin və çalışın hər səfərində birində süd tamamilə bitsin.

Əmizdirmə vaxtın çatanda övladın yatmış ola bilər. Siz də onun yuxusunu bölməmək üçün əmizdirməyi sonraya saxlaya bilərsiniz. Ancaq ana südü ilə qidalanmada fasilənin 3 saatı keçməməsinə diqqət edin. Əgər körpəniz 10 dəqiqədən daha az vaxtda əmib buraxırsa döşünüzü tam boşaltmır deməkdir. Belə vəziyyətlərdə döşünüzü biraz sıxıb ona kömək edə bilərsiniz.

Yeni doğulan körpənin yuxu rejimi necə olmalıdır?

Körpənin günün çox hissəsini yatmağa sərf etdiyini və onun yuxu rejminin sizinkindən tamamilə fərqli olduğunu görəcəksiniz. Bu müvəqqəti müddətdə körpə gündə 12-16 saat yatır, 1-2 saatlıq yuxudan sonra oyanır və eyni qaydada davam edir. 2 həftəlik olduğunda yuxu və oyanma müddətlərinin artdığını müşahidə edə bilərsiniz.

Yeni doğulmuş körpələrdə qaz sancısını necə aradan qaldırmaq olar?

Uşağınızı kürəyi düz bir şəkildə çiyninizə qoyun.

Ovucunda boşluq qalcaq şəkildə barmaqlarını bağlayın.

Körpənin mədə hissəsindən belinə yaxın bir yerdə ovuc içinlə dalbadal vuraraq sıxışmış qazın yuxarı çımasına kömək edin.

Sonra körpənizin kürəyini ovucunuzla ovuşdurun və qazın çıxmasına kömək edin.

Yeni doğulmuş körpənin göbək baxımı necə olmalıdır?

Göbək bağının doğulduqdan sonra iki həftə ərzində düşdüyünü görə bilərsiniz. Bu müddət ərzində göbək bağını quru saxlaya bilsəniz, bağın düşməsi sürətlənəcəkdir. Bu səbəbdən də körpənizin göbək bağı düşənə qədər çimizdirməməniz və bu yerin islanmadığından əmin olmağınız vacibdir. Bundan əlavə, göbək bağının hava ilə təması onun daha tez düşməsinə imkan verir. Bu səbəblə, həmin hissənin uşaq bezi ilə örtməmək daha yaxşıdır. Göbək bağlandıqdan sonra üzərinə bir spirtli və ya odekolon parça qoyaraq qurumasını sürətləndirə bilərsiniz. Göbək bağı düşdükdən sonra onun ətrafında iltihab, qaşınma və ya qızartı hiss edirsinizsə, həkiminizə müraciət edin. Bu cür vəziyyətlərin dərhal müalicə tələb edən səbəblərdən yarana biləcəyini unutmamağınızı tövsiyə edirik.

Yeni doğulmuş körpənin çimizdirmə prossesini necə etmək olar?

Körpənizin göbək bağı düşdüyündə, onu hamamda yumağa başlaya bilərsiniz. Beləliklə, kiçik uşağınızı necə yumalısınız? Biraz narahat, biraz da həyəcanlı olduğun bu işin öhtəsindən gəlmək üçün mərhələlər:

Körpənin hamamını və paltarını hazırlayın,

Suyun dərəcəsini ilıq vəziyyətdə qoyun,

Körpənizi bir tərəfdən möhkəm tutaraq başqa bir əllə yumağa başlayın,

Uşağın başını, kürəyini, popasını yuduqdan sonra boynu, barmaq araları kimi nahiyyələri yumağı unutmayın.

Yeni doğulmuş körpəyə kenquru baxımı necə edilir?

Kenquru baxımı dedikdə vaxtından əvvəl doğulan körpələr nəzərdə tutulur. Əgər sizin də vaxtından əvvəl doğulmuş körpəniz varsa, bu yazını oxumağa davam edin. Yaxşı, kenquru baxımı nədir? Uşağını sinənə yaslayaraq yarım saat orda qalması ilə başlayan dəri təmasıdır. Bu vasitə çəkisi az doğulmuş olan uşağın çəki almasını asanlaşdırır və inkişafına töhfə verir. Bu dəri təmasını uşağının sağlıq vəziyyəti normallaşandan sonra edə bilərsiniz. Həmçinin uşağınızla dəri təması qurmaq sadecə uşağın inkişafı üçün deyil, uşağın tez doğulmasından yaranan narahatlığı azaltmaq cəhətdən də vacibdir. Onunla əlaqə qurmağınız və ürək döyüntülərini eşitmək, ağlınızdan keçən bütün sıxıntılı düşüncələri sovurub, aparacaq.

Yeni doğulmuş körpənin ağlaması necə keçər?

Körpəniz bir çox səbəbdən ağlaya bilər.

Ac olması,

Qorxması,

İsti olması,

Bezinin çirkli olması,

Qaz sıxıntısı bu səbəblərdən yalnız bir neçəsidir.

Körpənizin ağlamağını dayandıra bilmək üçün əvvəl körpənizin niyə ağladığını bilməlisiniz. Buna görə yaxşı bir müşahidəçi olmalı və körpənizin nəyə necə reaksiya verdiyini anlamağa çalışmalısınız. Bəzi hallarda niyə ağladığını başa düşə bilməyəcəksiniz, bu kimi hallara tövsiyələrimiz bunlardır:

Qucaqlamaq,

Yellətmək,

Laylay söyləmək,

Əmizdirmək,

Yeri gəlmişkən, ağlayan körpənizi qucağınıza alanda öyrəşdirmiş, və ya ərköyünləşdirmirsiniz, unutmayın! Əksinə, onun dinc və xoşbəxt olmasını təmin edəcəksiniz.

Yeni doğulmuş körpənin otaq temperaturu nə qədər olmalıdır?

Körpənin yerləşdiyi otaq temperaturunun 22 ilə 23 dərəcə arasında olması tövsiyə olunur. Son dərəcə isti mühitlər körpənizin burnunun tutulmasına və rahatlığının pozulmasına, səbəb ola bilər. Budur, ağlamaq üçün başqa bir səbəb!

Yeni doğulmuş körpəni necə geyindirmək lazımdır?

Körpənin tər vəziləri hələ inkişaf etmədiyi üçün tərləmir. Buna görə həddindən artıq isti mühit, qat-qat geyimlər onu narahat edə bilər. Normal doğum ağırlığında və vaxtında doğulmuş bir körpəniz varsa, yalnız özünüzdən bir qat daha çox geyinməsi kifayətdir. Həmçinin, körpənizin dərisinin nəfəs alması üçün paltarının pambıqdan hazırlandığına əmin olun. Körpənizin soyuq olmadığına dair bir işarə verək: Körpələrdə tez-tez əlləri və ayaqları soyuq olur. Bu sizi aldada bilər. Ancaq körpənizin boynu isti olarsa, bu, körpənizin üşüməməsi deməkdir.

Yeni doğulmuş körpənin sünnət baxımı necə olmalıdır?

Körpəni sünnət etdikdən sonra qanaxma və axıntı ola bilər. Bu axıntılar yaranın sağalmağa başladığının göstəricisidir. Bu yaxşılaşmanı sürətləndirmək üçün; Birinci gündə iki bez istifadə edə bilərsiniz. Beləliklə, həm körpənin budlarının bir-birinə dəyməsinin qarşısını alırsınız, həm də penisi qoruyursunuz. Hər dəfə uşaq bezini dəyişdirəndə penisini məlhəmli (krem) band ilə bükməyiniz və sağalana qədər islatmamağınız yaxşı olar.

Yeni doğulmuş qızlarda cinsiyyət orqanı necə təmizlənməlidir?

Qızınızın cinsiyyət orqanını bədənin digər hissələri kimi təmizləmək kifayətdir. Buradakı vacib məqam daim öndən arxaya və bir hərəkətlə təmizləməyinizdir. Beləliklə, kakanın başqa yerə yayılmasının qarşısını alırsınız. Dodaq hissələrini yüngülcə açıb və qıvrımların arasını yumşaq bir şəkildə yuya bilərsiniz.

Yeni doğulmuş körpələr üçün nəm salfetdən istifadə etmək tövsiyə olunur?

Nəm salfetlər kimyəvi maddələrdən ibarətdir. Bu səbəbdən tez-tez nəm salfetlərdən istifadə etsəniz, bu kimyəvi maddələr körpənizin dərisində yığıla bilər. Körpənizi nəm salfetlər istifadə etmədən təmizləməkdə çətinlik çəkirsinizsə, nəm salfetdən istifadə etdikdən sonra silinmiş yerləri su ilə yuya bilərsiniz. Ancaq deyək ki, qaşıntı və qıcıqlanan yerlərdə nəm salfetlər istifadə etməməlisiniz.