Uşaqlıq dövründə rast gəlinən keçici xəstəlikər

Text Page

Xüsusilə, uşaqlıq dövründə tez-tez rast gəlinən bəzi keçici xəstəliklər, peyvəndlə qarşısı alına bilən keçici uşaq xəstəlikləri hansılardır və necə müalicə olunur? Bu məqaləmizdə xəstəliklərdən bəhs edəcəyik.

Qızılca

Paramyxovird ailəsinə mənsub virus mənşəli xəstəlikdir. Yüksək hərarət, qırmızı ləkələr, ağız içi yaralar kimi simptomlarla müşayiət olunan qızılca keçici xəstəlikdir. Xüsusən, məktəb dövründə yayılma riski və bir sinfin bütün uşaqlarını yoluxdurma riski böyükdür. Qızılca artıq peyvənd müalicəsi ilə bir epidemiya deyil. Uşağın 12-15 aylığında vurulan peyvəndlə bədəndə qızılca xəstəliyinə qarşı immunitet formalaşdırılıb.

Suçiçəyi

Virus mənşəli xəstəlikdir. Yüksək hərarət, içi su dolu qaşınan qabarcıqlı səpkilər, iştahsızlıq, halsızlıq kimi simptomlarla üzə çıxır. Səpkilər 3-4 gün içində qabıq bağlamağa başlayır. Uşaqlar, suçiçəyinə təmas vasitəsilə yoluxurlar.  Xəstəlik zamanı əmələ gələn qabarcıqlı səpkilərə toxunmaq ən sürətli yoluxma növüdür. Bu səpkilər qabıq bağlayana kimi yoluxuculuq davam edir. Əksər virus mənşəli xəstəliklər kimi suçiçəyinin də konkret bir müalicə üsulu yoxdur. Lakin peyvənd vasitəsi ilə xəstəliyin yoluxma səviyyəsini aşağı salmaq mümkündür.

Məxmərək

Bu da virus mənşəli xəstəliklərdəndir. Virus xəstəliklərindən biri olan parotit də bu virusun tüpürcək bezlərinə yerləşməsi və şişməsi səbəbindən meydana gəlir. Qulaq və çənə altındakı limfalarda şişkinlik, ağrılı udqunma, hərarət, baş ağrısı kimi simptomlarla meydana gələn bu xəstəlik öskürək və tüpürcək yoluyla digərlərini yoluxdura bilər. Konkret müalicə üsulu olmasada simptomatik müalicəylə sağalmaq mümkündür. Peyvənd vasitəsilə bu xəstəlikdəndə yan keçmək mümkündür. Peyvəndin ilk mərhələsi 12-15 aylığında ikinci mərhələsi isə uşağın 4-6 yaş aralığında vurulur.

Altıncı xəstəlik

Virus mənşəli keçici xəstəliklərin növlərindən biri olan Human Qerpes Virus 6 xəstəliyi adlanan bu xəstəlik anidən qalxan yüksək hərarət və iz kimi görünün qırmızı səpkilərlə özünü biruzə verir. Bu səpkilərin üstünü basdıqca ağarır. Altıncı xəstəliyin də müalicəsi daha çox simptomlar əsasında aparılır. Bu xəstəlik əsasən ciddi sağlamlıq problemləri yaratmadan orqanizmdən yox olur.

Göyöskürək

Bakterial mənşəli və müalicəsi düzgün aparılmazsa orqanizmdə ciddi problemlərə səbəb ola bilən bir xəstəlik növüdür. Bu xəstəliyin yaranmasına səbəb olan bakteriyalar birbaşa tənəffüs yollarına yerləşdiyindən öskürək ən birinci simptom sayılır. Öskürək getdikcə daha da şiddətlanib nəfəs almanı çətinləşdirə bilər. Öskürək vasitəsilə yayılan damlacıqlar yoluxmaya səbəb olur. Müalicəsi antibiotiklərlə aparılır. Göyöskürək peyvəndi ilə də xəstəliyə yoluxma riskini aradan qaldırmaq mümkündür. İlk 3 aydan etibarən 6 yaşına kimi 5 doza peyvənd vurdurmaqla xəstəlik zərərsizləşdirilir.

Uşaq iflici

1950-ci illərdə qlobal epidemiya halına çevrilən uşaq iflici  sinir sisteminin zədələnməsinə səbəb olan viruslar tərəfindən yaradılır. Bu xəstəliyin ilkin simptomu soyuqdəymədir. Xəstəliyin gedişatı ağırlaşmadan asılı olaraq  qalıcı və ya keçici iflic, qol və ayaqlarda deformasiyalar, orqanizmin refleks qabiliyyətini itirməsi kimi vəziyyətlər yarana bilər. Bu virus mənşəli xəstəlik nəcis vasitəsiylə yayılır. Bu səbəbdən inkişaf etməmiş ölkələrdə daha çox rast gəlinir. Bununla birlikdə 1960-cı illərdən bəri aparılan sıx aşılama işləri sayəsində epidemiyaya çevrilməsinin qarşısı alınıb. Uşaq iflici peyvəndi ümumilikdə 5 dəfə ağızdan damcı və qola vurulmaqla tətbiq olunur.

Əl, ayaq, ağız xəstəliyi

Hardasa məktəb xəstəliyi adlandıra biləcəyimiz və 10 yaşa qədər uşaqlarda rast gəlinən virus mənşəli sayılan bu xəstəliyin simptomları hərarət, əl, ayaq və ağızda səpkilərdir, badamcıqlarda qızartı və şişkinlikdir. Uşaqlar təmas, tənəffüs və tüpürcək vasitəsilə bu xəstəliyə yoluxur. Konkret bir müalicəsi olmasa da, 5-10 günə öz-özünə keçib gedə bilən xəstəlikdir. Müalicəsi, əsasən, xəstəlik zamanı düzgün qidalanma, qaşıntı və səpkilər üçün kremlər vasitəsilə aparılır.