3 yaşlı uşağın oyun və oyuncaq anlayışı

Text Page

3 yaşlı uşağın oyun və oyuncaq anlayışı dəyişkəndir. Bu dövrdə uşaqların əl bacarıqları artır və rol oynamaq qabiliyyətləri inkişaf edir. Bu yolla cəmiyyətdəki fərqli sosial kimlikləri öyrənir, özlərini tanıyır və sərhəd anlayışına cavab verirlər, özlərinin başqalarından  fərqli cəhətlərini anlayırlar.

Bu müddətdə zəkasını inkişaf etdirəcək oyunlarla uşağınıza dəstək ola bilərsiniz. Onun əyləncəsini təmin edən maarifləndirici oyunlarla oynaması və vaxtını keçirməsi üçün yer yaratmağınız çox vacibdir. Seçməli olduğunuz oyuncaqlar barədə bir fikir verə biləcək 3 yaşlı oyuncaqların siyahısını hazırladıq.

Budur, uşağınızı əyləndirəcək və zəkasını inkişaf etdirəcək oyuncaqlar aşağıdakılardır:

3 yaş müvazinət oyunları: Üç təkərli velosiped

3 təkərli velosiped 3 yaşlı uşaqlara müvazinəti saxlamağı öyrədən ən gözəl vasitədir. Uşaqlar  sürdüyü zaman bir tərəfə daha çox əyildikdə və ya sükanı daha çox döndərdikdə müvazinəti pozduqları üçün çətinliyin öhdəsindən gəlməyi öyrənirlər. Konsentrasiya və balans qoruma vərdişləri formalaşdırma qabiliyyətləri inkişaf edir. Velosiped sürərkən ətrafda olan nələrəsə dəydikdə diqqətli olmağın vacibliyinə dair təcrübə qazanırlar. Bu baxımdan velosipedlər də diqqət inkişafını təmin edir.  Xətlərlə müəyyən istiqamətlər verərək velosipedini bir yerə park etməsini xahiş edərək övladınızın diqqət inkişafını dəstəkləyə və riyazi zəkasını gücləndirə bilərsiniz.

Xəyal gücünü və analitik düşüncə bacarığını inkişaf etdirən lego (kubik) oyuncaqlar

Hər yaşda oynanıla bilən legolar 3 yaşlı uşaqlar üçün də olduqca faydalıdır. Kiçik hissələri birləşdirməklə böyük nəticə əldə etmək istəyən uşaqlarda problem həll etmə qabiliyyətinin və analitik düşüncə bacarığının formalaşmasına səbəb olur. Uşaqlar öz xəyal gücünü əks etdirən nəsə hazırlayıbsa və bu sizə mənasız bir şey kimi görünsə belə övladınızı təbrik edərək dəstəkləməyi unutmayın. Bununla övladınızın həm özgüvənini, həm də motivasiyasını yüksəltmiş olacaqsınız. Bundan əlavə özünüz də həmin legolardan daha fərqli nələrisə düzəldib uşağa göstərib, ondan eynisi və fərqlisini düzəltməyi tələb etməklə övladınızın xəyal gücünü inkişaf etdirmiş olacaqsınız.

Empatiya hissini inkişaf etdirən ev dəsti

Ən populyar ev oyunlarından biri və 3 yaşlı uşaqlar üçün əhəmiyyətli bir yerə sahib olan evcilik oyunu ilə uşaqlarda məsuliyyət və empatiya hissi inkişaf edir. Fərqli rollar oynamaq, özünü göstərmək, ana/ata kimi personajların rollarını almaq uşaqların təqlid yolu ilə öyrənmələrini təmin edir və bundan çox zövq alırlar. Ev oyun dəstləri ilə bu oyunu uşağınız üçün daha çox əyləncəli edə  bilərsiniz. Ev bacarıqlarına daxil olan kiçik alətlər də çevikliyini inkişaf etdirir.

Məktəbəqədər əyləncəli oyunlar: Eyniləşdirmə kartları

3 yaş öyrədici oyuncaq tövsiyələrimizdən olan eyniləşdirmə kartlarıyla uşağınızın məntiqi, müqayisə etmə bacarığı kimi zehni inkişafına fayda vermiş olacaqsınız. Bu kartların istifadə qaydasını qeyd edirik:

Kartların önüzü görsənməyəcək şəkildə yerə yaxud stolun üzərinə düzüb uşaqdan bir-biri ilə eyni olan kartları seçməsini tələb edirsiniz.

Açdığı kartdan sonra eynisini tapmadıqda son iki sınadığını bağlamalı olacağını deyin. Uşaq açılan kartdakı şəkilləri ağlında saxlayacaq. Bu da hafizəni inkişaf etdirmək üçün istifadə olunan oyun növüdür.

Kartlarla oynaya biləcəyiniz digər bir oyun növü də cüt olan kartların birini öz əlinizə götürüb uşaqdan o biri cütü tapmağı tələb etməkdir.

Kiçik motorikanı (əl hərəkəti bacarıqları) inkişaf etdirən plastilin (oyun xəmiri)

Plastilinlə oyun məktəbəqədər oyunlar içində ən çox müraciət olunan oyundur.  Uşaqlarda yaradıcılıq qabiliyyətini və barmaq əzələlərini inkişaf etdirir. Uşaqdan müxtəlif heyvan şəkilləri düzəltməsini istəməklə həm də heyvanlar aləmiylə tanış olmağına şərait yaratmış olursunuz. Daha irəlidə hərfləri və rəqəmləri düzəltməklə əlifba və saylarıda öyrədə bilərsiniz.

3 yaş inkişaf etdirici oyuncaqlar

Bu oyuncaqlar sırasında taxtadan koordinasiya oyuncaqları uşaqların əl-göz koordinasiyasını inkişaf etdirir. Məktəbəqədər dövrdən istifadə olunmağa başlayan bu oyuncağa məktəb vaxtı da müraciət olunur.

3 yaşlı övladı üçün zəka oyuncağı axtaran analar üçün taxta oyuncaqlar

Hər yaşa uyğun hazırlanan inkişaf etdirici taxta oyuncaqlar 3 yaşlı uşaqlar üçün də mövcuddur. Rəngli naxışlar yaratmaq üçün hazırlanmış bu oyuncaqlardan özünüz nəsə bir şey düzəldib övladınızdan bunu təkrarlamağı tələb edə bilərsiniz. Bu tərz zəka inkişaf etdirən oyuncaqların hesabına övladınızın əl–göz koordinasiyasına və zəka inkişafına xidmət etmiş olacaqsınız.

Əyləndirici və inkişafetdirici pazl oyunları

Zəka sistemini inkişaf etdirən oyuncaqların başında pazllar dayanır. Pazllar, xüsusən uşaqların vizual qavramasını və mental inkişafını dəstəkləyən inkişafetdirici oyuncaqlar hesab olunur. Hərf, rəqəm, heyvanları və.s öyrətmək üçün müxtəlif növlü pazl oyunları mövcuddur.

Barmaq boyaları

Ev şəraitində oynanılan oyunlar üçün münasib olan barmaq boyaları uşaqların duyğu qavrayışını inkişaf etdirir, uşaqlara yaradıcılığını üzə çıxartmağa fürsət verir, emosional olaraq uşaqları rahatladır. Həmçinin kiçik motor bacarıqların formalaşdırılmasına da kömək olur.

Mücərrəd təfəkkürü inkişaf etdirmək üçün məsləhət görülən şəkillərdən forma düzəltmə oyunları

Bu tip inkişaf etdirici oyunlar geometrik formalı şəkilləri bir araya gətirərək müxtəlif növdə fiqurlar yaratmağa əsaslanır. Yaradıcı oyun hesab olunur və uşaqlarda mücərrəd təfəkkürü inkişaf etdirir. Uşaq bu şəkillər əsasında yüzlərlə fərqli formalı fiqurlar hazırlaya bilər.