Uşaqlar üçün D vitamininin faydaları

Text Page

Uşaqlar üçün D vitamininin faydaları

Araşdırmalara görə D vitamini çatışmazlığı sadəcə sümük əriməsi riskini 3 dəfə artırmır, eyni zamanda səbəbi bilinməyən sümük ağrılarına da səbəb olur. Bel ağrısından əziyyət çəkənlərin 80%-izində D vitamini çatışmazlığı vardır.

Hər birimiz yay aylarında D vitamini ehtiyacımızın 95%-ini günəşdən alırıq. Böyüklər kimi uşaqlar da payız və qış aylarında açıq havada az vaxt keçirdiyindən D vitamini çatışmazlığı baş verir. D vitamini çatışmazlığı sadəcə sümüklərə təsir etmir. Qandakı kalsium və fosforun normal hüdudlarda qalmasını təmin edir. Alergik xəstəliklər, xərçəng, metopolizma ilə əlaqədar narahatlıqlar və ürək xəstəliklərinin D vitamini çatışmazlığı ilə olan əlaqəsi araşdırmalarla sübut olunub. Uşaqların yeniyetmələrə nisbətən D vitamini ehtiyacı daha çoxdur. Sümükləri və dişləri gücləndirən D vitamini uşaqlıq çağında yetərincə alınmazsa bu əksiklik xəstəliyə gətirib çıxara bilər.

Buna görə də günün tövsiyyə olunan zamanında övladlarınızın günəş şuası altında zaman keçirməsi çox vacibdir. Lakin bu proses yandırıcı günəş altında uşağın uzun müddət qalmasına şamil edilmir.

D vitamini çatışmazlığının qarşısını alamaq üçün aşağıdakılar tövsiyə olunur:

  • Yay mövsümündə mümkün olduğu qədər D vitamini toplamaq;
  • Dəridə D vitamini sintez edən şüaların ən dik saatlarında düz dəriyə təmas etməsinə şərait yaratmaq;
  • Dəridən günəş şüalarını pəncərə, maşın pəncərəsi və geyimlər əngəllədiyi üçün hər gün saat 11:00 ilə 15:00 arasında 20-25 dəqiqə çöldə kremsiz üz və əllərin günəş görməsini təmin edərək keçirmək;
  • Vitamin D-nin zəngin olduğu qızılbalıq, sardalya, skumbriya, ton balığı kimi yağlı blıqlar yemək.

Övladınıza üzməyi öyrədin

Üzmək həm siz böyüklərin, həm də övladınız üçün mükəmməl bir fəaliyyətdir. Erkən yaşlarından uşağın düzgün şəkildə üzməyi öyrənməsi onıarın sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.
Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.
Bu eyni zamanda uşağın beyninin və ümumilikdə emosional inkişafına müsbət təsir göstərir.

Uşağa üzməyi öyrətmək üçün nə etmək lazımdır?

Əvvəlcə hazırlıq görmək lazımdır. Hər hansı bir narahatlığının olub-olmamasına nəzarət edin. Aşağıdakı problemlərdən hər hansı biri uşağınızda varsa, onu üzməyə aparmayın.

Əsas problemlər nə ola bilər?

  • Nəfəs almaqda çətinlik
  • Temperatur
  • Gərginlik
  • İştahsızlıq
  • Səbəb olmadan qusmaq və ürəkbulanma
  • Hər növ  açıq yara və ya qulaq infeksiyası
  • Nə edə bilərsiniz?

Yanınızda uşağınızın sevdiyi oyuncaqlardan biri olsun. Beləcə balacanız özünü bir qədər güvəndə hiss edəcəkdir.
Uşağınızı qucaqlayıb onu cəsarətləndirin. Sudan xoşu gələrsə, başını suya salıb çıxarmaq və ya yan-yana irəliləmək kimi hərəkətlər edə bilərsiniz.
Uşağınızın çiyinlərinin suda qalmasına fikir verin. Əks halda, çiyinləri qısa vaxtda üşüyəcək.
Övladınızın ağlaması heç də hər zaman onun sudan çıxmaq istəməsi anlamına gəlmir. Onu həmin dəqiqə sudan çıxarsanız su ilə ağlamağı əlaqələndirəcək. Gözyaşının səbəbini tapmağa və sudan çıxmadan öncə onu sakitləşdirməyə çalışın.
İlk sınağınızı qısa edin.
Məkanın insanlarla dolu olmamasına çalışın. Övladınız səs-küylü mühitdən narahat olub qorxa bilər.

Uşaqların düzgün qidalanması

Uşağın normal böyüməsi, psixi və fiziki inkişafı üçün də qidalanma vacib şərtlərdən biridir.
Hər bir valideyin istəyir ki, övladı sağlam böyüsün. Bunun üçün isə sağlam qidalanma vacib amildir. Müntəzəm qidalanma ən azı gündə 3 dəfə,

  • Tərkibində şəkər olan içkilərin, şokoladların, şirniyyatların, çox istifadəsindən imtina etmək,
  • Tərkibində çoxlu şəkər olan quru meyvələri az miqdarda, sutkada 20 qram olmaqla yemək lazımdır.
  • Yağların istifadəsinə nəzarət edin. Orqanizmə lazım olan kalorinin yalnız 10 faizi yağların hesabına ödənilə bilər. Yağlar ürək xəstəliklərinə meylli olan diabetiklərin bu xəstəliyini artıra bilər.
  • Uşaq su içərkən əsasən onun otaq temperaturunda olması məsləhət görülür.
  • Meyvə və tərəvəzlərdən mümkün qədər çox istifadə etmək.

Foto qalereya