Körpəniz üçün ana südünün faydaları

Text Page

Körpəniz üçün ana südünün faydaları

Ana südü körpəniz üçün faktiki bir hədiyyədir. Körpənin ən zərif və həssas olduğu dövr üçün edə biləcəyiniz ən mükəmməl qidalanma maddəsidir. Bütün dünyada bu mövzunu araşdıran mütəxəssislər körpənizə ilk 6 ayı yalnız ana südü vermənizi təklif edir. Bu dövr üçün körpənizin bütün ehtiyaclarını ana südü ilə qarşılayacağınızı bilməlisiniz.

Ana südü, anticisimlər ilə zəngindir. Anticisimlər infeksiya törədən mikroblara qarşı mübarizə aparan xüsusi proteinlərdir. Anticisimlər körpənizi xəstə insanlardan qorumağa köməkçi olur. Ana südünü körpənizin ilk peyvəndi olaraq da düşünə bilərsiniz. Ana südü körpənizin ehtiyacı olan bütün vitaminlərlə zəngindir. Bu qidalar onun immunitet sistemini inkişaf etdirir və beyin inkişafı üçün çox vacibdir. Hazır yeməklərə görə çox asan həzm olunur, qaz, qəbizlik kimi hallar daha az müşahidə olunur.

Ana südü ilə bəslənən körpələr;

  • Daha az qulaq infeksiyaları və sətəlcəm keçirərlər.
  • Daha az hallarda, astma, bəzi xərçəng növləri və şəkər xəstəliyinə meylli olurlar.
  • Ani körpə ölümü sindromu daha az rast gəlinir.
  • Sonralar piylənmə  ehtimalları daha azdır.

Ana südü ilə körpəni bəsləmək, ananı şəkər xəstəliyi və döş xərçəngindən qoruyur. Əmizdirmə ana ilə körpə arasındakı bağın daha sağlam olmasına köməkçi olur. Ana südü hər zaman hazırdır. Hər zaman uyğun istilikdədir və istənilən halda  dərhal hazırdır. 

İlk altı ay yalnız ana südü ilə qidalanan körpələrin qidalanma xərcləri hazır yemək yeyən körpələrə görə az qala yox deyiləcək qədər azdır. Ana südü ilə qidalanan körpələrın sonrakı həyatlarında, məktəb və işlərində daha fəal olduqları müşahidə edilməkdədir.