Uşaqlarda onurğa sağlamlığı və skolioz

Text Page

Uşaqlarda onurğa sağlamlığı və skolioz

Onurğa bədənimizin əhəmiyyətli daşıyıcı hissələrindən biridir və boyun, kürək, bel və sakrum (büzdüm) olmaq üzrə 4 hissədən ibarətdir. Yeni doğulan bir körpədə yüngül donqar bir duruş mövcuddur. Uşağın ilk ayağa qalxması ilə birlikdə onurğada struktur əyriliklər meydana gəlməyə başlayar ki, bu əyriliklər bədən üçün çox əhəmiyyətlidir. İnkişaf sırasında  bu struktur əyriliklər xaricində inkişaf edə biləcək əyriliklər patoloji bir vəziyyət meydana gətirə bilər. Bu patoloji vəziyyətlərdən biri də skoliozdur.

Skolioz struktur olaraq meydana gəlməsi lazım olan əyriliklər xaricində yaranan əyriliklərə verilən ümumi addır. Skolioz doğuşdan (anadangəlmə) meydana gələ biləcəyi kimi, sonrakı yaşlarda daxili və ya xarici faktorlara bağlı olaraq da meydana gələ bilər. Doğuşdan inkişaf edən skolioza hamiləlik dövründə keçirilən infeksiyalar, şəkər xəstəliyi, vitamin əskikliyi və s. səbəb ola bilər. Sonradan inkişaf edən skolioz isə xüsusilə inkişaf çağındakı uşaqlarda ortaya çıxmaqdadır. Travma, anadangəlmə inkişaf pozuqları, səhv oturma mövqeləri, səhv kürək çantası istifadəsi kimi bir çox səbəbə bağlı olaraq ortaya çıxmaqdadır. Çiyinlərdə asimmetriya, kürək sümüklərində asimmetriya ilə özünü göstərir. Qız uşaqlarında  daha çox rast gəlinir. Yüngül dərəcədəki əyriliklər uşağa hər hansı bir narahatlıq verməyə bilər, ancaq əyrinin dərəcəsinin artması ilə bel və kürək ağrıları daha irəli mərhələlərdə tənəffüs çatışmazlığı, ürəkdə ritm pozuqluğuna qədər gətirib çıxara bilər.

Skoliozun müalicəsində isə effektiv üsullar əyriliyin dərəcəsinə görə idman  məşqləri və reabilitasiya proqramlar, korset istifadəsi və cərrahi üsullardır.