Keyfiyyətli uşaq baxımı sağlam beyin formalaşdırır

Text Page

Keyfiyyətli uşaq baxımı sağlam beyin formalaşdırır.

Körpələr doğulduğu andan etibarən öyrənməyə hazır olurlar. İlk bir neçə il ( 0-5 yaş dövründə) uşağın formalaşdığı, beyninin inkişafının ən sürətli olduğu bir dövrdür. Bu mahiyyət etibarilə uşaq baxımının uşağın həyatının ilk 5-8  ilində öyrəndiyi hər şeyin gələcək bilik və bacarıqları əldə etməsi üçün təməl rolunu oynadığını göstərir. Buna görə də, keyfiyyətli uşaq baxımı önəmlidir. Valideynlərindən, bacı-qardaşlarından və digər ailə üzvlərindən başqa, həmçinin uşaq baxımı körpənin zehinin formalaşmasında mühüm rol oynayır. Hər bir valideyn kimi siz də uşağınızın təlim-tərbiyəsinin yüksək səviyyədə olmasını istəyirsiniz, çünki bu, istər-istəməz uşağınızın beyninin inkişafına təsir edəcək və onun şəxsiyyətini formalaşdıracaqdır.

Keyfiyyətli uşaq baxımı ilə uşaq inkişafı arasındakı əlaqə.

Uşaq beyninin inkişafı ilə uşaq baxımı keyfiyyəti arasında əlaqəni araşdıran  çoxsaylı tədqiqatlar olmuşdur.  Araşdırmalar əsasında,  məktəbəqədər uşaqlar arasında daha yüksək keyfiyyətli tərbiyə almış, qayğı göstərilmiş  uşaqların inkişaf etmiş sosial və idrak bacarıqlarına sahib olduqları qəbul edildi. Tədqiqatçılar həmçinin, uşaqların fərdi ehtiyac və tələblərinin təcrübəli baxıcılar tərəfindən qarşılandığı müsbət, səmimi bir mühitin, uşaqların beyin fəaliyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərərək, onların ən yaxşı xüsusiyyətlərini aşkara çıxarıb, uşaqları qayğıkeş və xeyirxah insan kimi formalaşdırdığını deyirlər. Bundan əlavə, araşdırmalara görə, təhlükəsiz və qorunduqlarını hiss etdikləri mühitdə onları linqvistik, əqli, fiziki və sosial inkişafa təşviq edən fəaliyyətlə məşğul olan uşaqlar, ictimai-sosial cəhətdən ağıllı şəxslər kimi böyüyürlər, sonralar qarşılıqlı sosial-ictimai əlaqələrdə müsbət təcrübələrini təkrarlayırlar.

Uşaq baxımının uzunmüddətli faydaları

Kiçik yaşlı uşaqları olan ailələrə və xüsusilə işləyən valideynlərə əhəmiyyətli miqdarda dəstək verməkdən başqa, düzgün uşaq baxımı özü ilə bərabər uşaqlar üçün də bir çox faydalar gətirir. Düzgün tərbiyə alan uşaqlar məktəbdə daha yaxşı təhsil alırlar və bu amillər gələcək təhsil həyatlarına da təsir göstərir. Gələcəkdə bu uşaqların daha yüksək maaş almaq, yüksək vəzifələrdə çıxış etmək imkanları artır . Həmçinin, onların hər hansı cinayət mühakimə sistemi ilə əlaqəli olma ehtimalı azalır, bu da uşaq tərbiyəsinin əhəmiyyətli dərəcədə uzunmüddətli təsir göstərən öncül tədbir olduğunu göstərir. Erkən uşaqlıq təcrübələri uşaqların sağlamlığını və inkişafını formalaşdırır, uzunmüddətli uğurlarını müəyyənləşdirir. Övladlarınızı keyfiyyətli uşaq tərbiyəsi alması üçün  uşaq baxımı mərkəzlərindən qeydiyyatdan keçirmək, ömür boyu davam edəcək elmi və sosial inkişaflarında  onlara kömək etmək üçün atacağınız ilk addımdır.

Uşaq baxımı növləri

Ölkədən asılı olaraq, uşağınıza daxil ola biləcəyi  müxtəlif uşaq baxım növləri var.

Məsələn, Avstraliyada dörd fərqli uşaq baxımı mövcuddur; evdə, mərkəzlərdə, ailədə  və məktəb vaxtından əlavə göstərilən baxım. Uşaq baxımı ümumiyyətlə kiçik yaşlı  uşaqlar üçündür, amma ibtidai məktəb yaşlarında olan uşaqlar üçün uşaq baxımı xidmətləri də tapmaq mümkündür.

ABŞ-da, 3-5  yaşındakı uşaqların üçdə ikisinin müntəzəm olaraq uşaq bağçası öncəsi uşaq baxımı mərkəzlərində təlim-tərbiyə aldıqları bildirilir. Uşaq baxımının dəyəri ölkədən ölkəyə dəyişsə də, işləyən valideynlərin sıx cədvəllərinə uyğun gələn qeyri-stabil saatlarda uşaq baxımını tələb etdikləri üçün uşaq baxımı mərkəzləri getdikcə populyarlaşır.

Xüsusilə, Hong-Kong kimi yerlərdə işləyən anaların sayı daim artır, uşaq baxımına ehtiyac artır. Bunun bir çox valideynlər, uşaqlarının oyun vasitəsilə öyrənmələri imkanını yaradan “oyun qrupları” proqramlarını seçirlər. Bununla da,  hissi, fiziki və idrak inkişafını təşviq edən müxtəlif fəaliyyətlərlə məşğul olaraq, kiçik yaşlı uşaqların potensiallarını ən yaxşı səviyyələrdə inkişaf etdirmələrini təmin edirlər.


Mənbə:  Novak Djokovic Foundation

Məqaləni Azərbaycan dilinə tərcümə etdi: Suğra Sadıxova