Beş çörək (Hind nağılı)

Text Page

Bir kişi hər gün bazara gedib beş dənə çörək alarmış. Bir dəfə kişi dostlarından birinə rast gəlir. Dostu ondan soruşur:

– De görək ki, sən nə üçün beş dənə çörək alırsan?

Kişi ona belə cavab verir:

– Birini mən özüm yeyirəm, ikisini borc verirəm, ikisini də borcuma verirəm.

– Başa düşmürəm, – deyə dostu dillənir. – Bir əməlli-başlı danış ki, səni başa düşə bilim.

– Məsələ belədir. Çörəyin birini mən özüm yeyirəm, ikisini uşaqlarıma verirəm, ikisini də atamla-anama.


Mənbə: Azərbaycan Nağılları