Uşaqlar üçün sadə tapmacalar
Tapmacalar uşaqların təfəkkürünün və nitqinin inkişafına güclü təsir göstərərək, onları düşündürməyə, fakt və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətlərini müəyyənləşdirməyə istiqamətləndirir.
Sizə aşağıda uşaqlar üçün sadə tapmacaları təqdim edirik.
Birinci tapmacanı övladınıza oxuyun.
Əgər tapmazsa növbəti səhifədəki şəkli göstərin.
Tapmacadakı açar sözləri ona izah edin ki, özü cavabı tapa bilsin.
Cavabı özü tapdığı halda özünə inamı da artacaqdır.
Səhər çağında,
Gilas bağında,
Uçurdu bir quş,
Edirdi cik-cik.
Gecə çağında,
Göl qırağında,
Tapın görək nə
Edərdi qurr-qurr?
Yağış yağanda
Çimər, yuyunar.
Yayda geyinər,
Qışda soyunar.
Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir?
Gərək hamı bilə.